Əsas Səhifə > Ölkə, Manşet > NAZİM İBRAHİMOV MİLYARDERLƏRİN GÜDAZINA GEDİR
NAZİM İBRAHİMOV MİLYARDERLƏRİN GÜDAZINA GEDİR12-08-2013, 12:59 |
DÖVLƏT KOMİTƏSİNDƏ DƏYİŞİKLİK DİA.AZ: - «İbharimov qardaşlarının durumu gərgindir və yaxın günlərdə Nazim İbrahimbov vəzifəsindən alınacaq». Bu şok iddia Diasporalarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarından birinin DİA.AZ-a ötürdüyü informasiyada səslənib. Qaynaq iddia edir ki, komitə sədri Nazim İbrahimov son bir ayda həyəcanlı günlər yaşayır: «Doğrudur, bu faktlar mətbuatdan gizlədilir. Amma vəziyyətləri gərgindir. Bir neçə dəfə qardaşı İbrhaim Nehrəmli ilə də əsəbi söhbətini bütün komitə eşitdi. Sən demə, onların tikdiyi ada ilə bağlı problem yaranıb və bu üzdən ibrahimovlar etimaddan düşüblər». Xatırladaq ki, ATV kanalı vaxtilə bu qardaşlara məxsus idi, sonradan əllərindən alındı. ATV-international kanalı isə ümumiyyətlə SOCAR-a satıldı. Mənbə bildirir ki, əslində bu gün «Khazar İslands» adalarının inşası İbrahimovların ayaqda durmaları üçün bir səbəbdir: «Yəni inşaat uzandıqca onların da ömrü uzanmalıdır. Amma bu belə deyil. Yaxın günlərdə Nazim İbrahəimovu vəzifəsindən alacaqlar. Bu barədə komitədə hər kəs məlumatlıdır. Ən azından müəyyən qədər komitə sədrinə yaxın olan hər kəs». Bildirək ki, Nazim İbrahəimova qarşı etimadsızlığın bir nədəni də Rusiyada Azərbaycan diasporasının parçalanmasında dövlət komitəsinin faktiki olaraq gücsüz qalması zamanı yaranıb. Onun yerinə kimin gətiriləcəyi haqda isə heç nə deyilmir. Geri qayıt |