Əsas Səhifə > Siyasət, Manşet > MÜAVİNİ NARAZILARI BAŞÇIYA QARŞI KÖKLƏNDİRİR

MÜAVİNİ NARAZILARI BAŞÇIYA QARŞI KÖKLƏNDİRİR


12-08-2013, 12:28
MÜAVİNİ NARAZILARI BAŞÇIYA QARŞI KÖKLƏNDİRİR
AĞSTAFADA SEÇKİPULU YIĞIMI İCRA BAŞÇISINA PROBLEM YARADA BİLƏR

DİA.AZ: - Əyalətlərdəki məmurların «seçki həyəcanı» bir çox rayonlarda sakinlərin narazılığı ilə müşaiyət olunmaqdadır. Bu barədə DİA.AZ-a Ağstafa rayon sakinləri adından daxil olan müraciətdə də qeyd olunur.

Sakinlər bildirir ki, icra başçısı Məhərrəm Quliyev yerli idarə və müəssisə rəhbərlərinə, həmçinin sahibkarlara müraciət edərək onlardan «seçki töyücüsü» tələb edib. Sakinlər bildirir:

«Sahibkarlara və idarə müdirlərinə ayrı-ayrılıqda başçının adından müraciət olunub. Hərədən müəyyən miqdarda pul istənilir. Amma kimsə tələb olunan vəsaiti vermək istəmir. Onsuz da ilboyu başçı müxtəlif adlar altında pul yığır».

Sakinlər bildirir ki, icra başçısının müavini Ramiz Tatarov da yaranmış gərginlikdən istifadə etməkdədir. Xatırladaq ki, başçı ilə müavinin arasında münasibət pozuqluğu var və bu məsələ neçə gündür mətbuatda hallandırılır.

Sakinlərin sözlərinə görə, müavin narazı düşən idarə müdirlərini «başçıdan Bakıya etiraz edin, seçki pulunun yığılması qanunsuzdur, «yuxarıdan» belə bir təlimat gəlməyib» şəklində sözlər söyləməklə başçıya qarşı kökləndirir.

Geri qayıt