Əsas Səhifə > Partiya > MİLLİ ŞURA GƏRGİN SESSİYA ASTANASINDA

MİLLİ ŞURA GƏRGİN SESSİYA ASTANASINDA


12-08-2013, 10:57
MİLLİ ŞURA GƏRGİN SESSİYA ASTANASINDA
Bu gün Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, sessiya saat 17.00-da KXCP-nin qərargahında işə başlayacaq.

Sessiyanın gündəliyinə seçki kampaniyasının təşkili, Milli Şuranın vahid namizədinin Seçki Qərargahının, Milli Şuranın komissiya və komitələrinin görülən işlərlə bağlı hesabatı, təşkilatı və cari məsələlər daxildir.

Bundan əlavə, sessiyada əsas namizəd məsələsinin müzakirə olunacağı da bildirilir.

Qeyd edək ki, sessiyanın yekunu barədə mətbuat nümayəndələri üçün saat 19.00-da brifinq keçiriləcək.

Geri qayıt