Əsas Səhifə > Dünya > SARKOZİ MÖVQEYİNİ BİLDİRDİ

SARKOZİ MÖVQEYİNİ BİLDİRDİ


5-01-2012, 14:27
SARKOZİ MÖVQEYİNİ BİLDİRDİ

SENATIN NƏ QƏRAR VERƏCƏYİ İNDİDƏN MƏLUMDUR

Yanvarın 5-də Fransa prezidenti Nikola Sarkozi parlamentin aşağı palatasında təsdiqlənmiş sənədi - “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini Senata göndərib.

“Media forum” saytı xəbər verir ki, qanun layihəsinə əvvəlcə parlament komissiyasında, daha sonra Konstitusiya Məhkəməsində baxılacaq. Yanvarın 23-dən 31-nə kimi isə layihə Senatın müzakirəsinə çıxarılacaq və qəbul olunsa, prezidentə göndəriləcək.

Müxtəlif siyasi partiyaların deputatları qanun layihəsini yekdilliklə qəbul etsələr də, Fransa hökumətinin üzvləri fərqli fikirlər bildirir. Xarici işlər naziri Alen Jüpe layihənin faydasız və Türkiyə ilə ikitərəfli münasibətlərə ciddi zərər gətirə biləcək sənəd olduğunu açıqlayıb.

“Erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi aşağı palatada 2011-ci il dekabrın 22-də qəbul olunub. Qanuna əsasən, “erməni soyqırımı”nı inkar edənlər cinayət məsuliyyətinə cəlb olunaraq 45 min avro cərimə və ya bir il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.


Geri qayıt