Əsas Səhifə > Hadisə > MEDVEDYEV GƏLİR

MEDVEDYEV GƏLİR


27-09-2011, 12:35
MEDVEDYEV GƏLİR

RUS PREZİDENT OKTYABRDA BAKIDA OLACAQ

Oktyabrın 10-11-də Bakıda Azərbaycan-Rusiya Humanitar Forumu keçiriləcək. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfirin sözlərinə görə, forumda hər iki ölkə prezidentlərinin iştirakı gözlənilir. P. Bülbüloğlu deyib ki, forumda dünyada tanınan çox görkəmli qonaqlar iştirak edəcək. Səfir qeyd edib ki, forum ərəfəsində Azərbaycan və Rusiya gəncləri görüşüb fikir mübadiləsi aparacaqlar və bu həmin tədbirə müsbət təsir edəcək.

Geri qayıt