Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANIN TALEYİ SƏFİRLİKDƏ HƏLL OLUNUR?

AZƏRBAYCANIN TALEYİ SƏFİRLİKDƏ HƏLL OLUNUR?


10-08-2013, 13:00
AZƏRBAYCANIN TALEYİ SƏFİRLİKDƏ HƏLL OLUNUR?
RƏSUL QULİYEV RUSİYANIN SƏFİRİ İLƏ DANIŞIQ MASASINDA EYBƏCƏR İDİ

DİA.AZ: - Məlum olduğu kimi, Rüstəm İbrahəimbəyovun pasport probleminin həlli məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciət edilib. Bildirək ki, Putinə müraciət tək bununla bağlı olmayıb. Rusiyanın ABŞ-dakı səfirilə görüşən Azərbaycanın keçmiş spikeri, Açıq Cəmiyyət Partiyasının ABŞ-da mühacir həyatı yaşayan lideri Rəsul Quliyev də Rusiyanın dövlət başçısından mədət umduğunu gizlətməyib. Bir sözlə, müstəqilliyimizə qədər necə ki, Lenin qəbrini müqəddəs bilib, ora dərdlərimizin həlli ünvanı kimi baxırdıq, indi də özlərinin şəxsi cılız siyasi maraqları naminə müəyyən qruplar Azərbaycanın dövlət maraqlarını Kremlə peşkəş etməyə hazır olduqlarını nümayiş etdirirlər.

Bunu açıq şəkildə Rəsul Quliyevin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyaka müraciətində onun dövlət başçısı olacağı təqdirdə Qarabağ münaqişəsinin həllində Rusiyanın dövlət maraqlarını və tövsiyyələrini nəzərə alacağını bəyan etməsi artıq hər şeyi tam çılpaqlığı ilə ortaya qoymaqdadır. Yəni Rəsul Quliyev əslində bununla özünün siyasi intiharına baş vurmasını nümayiş etdirməsilə yanaşı, həm də bu vaxta qədər söylənilən həqiqətləri də etiraf etmiş oldu.

Xatırlayırsınızsa, xeyli müddət əvvəl DİA.AZ olaraq Rəsul Quliyevin heç də Qərbyüönümlü bir siyasətçi olmadığını bildirmişdik və ortaya kifayət qədər ciddi dəlillər qoymuşduq. Yəni pul gücünə, «qrin kart»la ABŞ-da yaşama hüququ əldə edən Rəsul Quliyevi əslində ABŞ-ın siyasi dairələri ilə heç nə bağlamır. Bunu elə illər əvvəl, 2003-cü ildə ABŞ Dövlət Departamenti tərəfindən verilən reaksiya da sübutlamaqda idi. ABŞ DD-nin açıqlamasında bildirilirdi ki, onlar Azərbaycanda İlham Əliyev, Əli Kərimli, İsa Qəmbər və Etibar Məmmədovla əməkdaşlıq etməyə hazırdırlar. Həmin açıqlamada Rəsul Quliyevin Kremlə bağlı bir siyasətçi olması açıq şəkildə qeyd olunurdu. Sonradan Rəsul Quliyevin Azərbaycanda Rusiyanın iştirakı ilə baş tutan bir sıra proseslərdə də iştirakı xüsusi olaraq diqqətləri cəlb etdi.

İndi isə Rəsul Quliyev Putindən «məni prezident et, Qarabağı belə təslim edim» şəklində ricada bulunur ki, bu fakt da əslində keçmiş spikerin siyasi intiharı olmaqla yanaşı, onun Azərbaycanı hər zaman satmağa hazır olduğunun sübutudur.

DİA.AZ-a bu barədə daxil olan informasiyalardan isə aydın olur ki, əslində Rəsul Quliyev bununla növbəti Azərbaycan iqtidarında yer almağı düşünür. Mənbənin söylədikləri: «Kremlin Azərbaycanda dövlət çevrilişi planını işə salması faktdır. Bu barədə Saakaşvilinin xəbərdarlığını qəribçiliyə salanlar da məsələnin nə yerdə olduğunu yaxşı bilirlər. Elə Rəsul Quliyev də kifayət qədər məlumatlıdır.

Ona görə də keçmiş spiker gözlənilən çevrilişdən sonra, Azərbaycanda hakimiyyətə gəlməyi düşünür. Və bunun üçün Rusiyaya demək olar ki, hər şeyi təklif edir. Yəni ruslara net şəkildə bildirir ki, onu prezident etsinlər, əvəzində hər şeyi ala bilərlər».

Mənbəmiz iddia edir ki, hətta Rəsul Quliyev Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ərzurum və digər bu kimi regional əhəmiyyətli projeləri də ləğv etdirəcəyini Rusiya qarşısında vəd edib.

Mənbəmizin söylədikləri: «Təbii ki, bütün bunlar Rusiyanın planlamaları və bu planlamalarda yer almaq istəyən xəyanətkarların gedişləridir. Amma bu baş tutacaqmı? Hər halda, məsələnin bu yönü daha maraqlıdır. Hər halda, bu gedişi ilə Rəsul Quliyev özünü bitirdi. Hələ çoxları özünü bitirəcək. Çünki Azərbaycanda 20 Yanvar, Xocalı kimi qətliamlarda, Qarabağın işğalında böyük payı olan ruslara güvənərək xalqın etimadını qazanmaq imkansızdır».

Mənbəmiz sonda maraqlı bir faktı da açıqladı: «Rəsul Quliyev ABŞ səfiri ilə görüşdən elə məmnun çıxıb ki, hətta Bakıdakı adamları ilə əlaqə saxlayaraq onlara «hazırlaşın, hakimiyyətə gəlirik» müjdəsini də verib».

Geri qayıt