Əsas Səhifə > Siyasət, Manşet > CƏLİLABADDA MİSİR MƏRDANOV QAYDASI QÜVVƏDƏDİR

CƏLİLABADDA MİSİR MƏRDANOV QAYDASI QÜVVƏDƏDİR


10-08-2013, 12:37
CƏLİLABADDA MİSİR MƏRDANOV QAYDASI QÜVVƏDƏDİR
KƏND MƏKTƏBİNİN MÜƏLLİMLƏRİ MİKAYIL CABBAROVDAN NƏ İSTƏYİRLƏR?

DİA.AZ: - Cəlilabad Rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin müəllimləri redaksiyamıza müraciət ünvanlayıb. Bəri başdan qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bəyan edərək, DİA.AZ olaraq həmin məktubu diqqətinizə təqdim edirik:

“Yazıb sizin nəzərinizə çatdırırıq ki, Cəlilabad rayon Göytəpə 1 saylı tam orta məktəbin 2011 –ci ildən RİH-nin başçısı Ə.Əziziov tərəfindən 15 min amant rüşvət alınıb direktor təyin edilən Reyhan Cəfərova biz müəllimlərin başına olmazın oynunu açıb və açmaqda davam edir . Bizləri RHİ –nin başçısı Ə.Əziziovla hədələyir və bizi təsir altında saxlayır.

Şikayətimizdə bildirirk ki, R.Cəfərov direktor təyin olunan gündən Təhsil tamamı ilə bərbad hala düşüb, səbəb isə direktorun səriştəsizliyi, idarəçiliyi bilməməsindən məktəbdə daxili nizam-intizam qaydalarının pozulmasından irəli gəlir. Özbaşınalıq o həddədir ki, hətta məktəb ətrafdakı narkomanların gəzinti parkına dönüb .

1 Direktor hər ay maş zamanı bizdən 20 manat pul tutur, verməyən şəxsi isə elə ustalıqla özünə tabe etdirir ki, biz məllimlər məcbur olub deyilən məbləği verməli oluruq. Deyilən məbləğ verilməzsə, həmin müəllimin dərsləri hər gün yoxlanılır, dərs saatları direktor tərəfindən azaldılır.

2. Olmayan müəllimlərə dərs saatları yazılır və sonradan onların adına olan kartlardakı pullar direktor tərəfindən mənimsənilir.

3. Müəllimlərdən zorla qəzet pulu yığılır, halbuki biz bu qəzetlərin üzünü belə görmürük Direktor deyir ki, bu “yuxarı”dan tapşırılıb. Təhsil şöbəsinin müdirinin tapşırığıdır, bu pul verilməlidir.

4. Məktəbi bitirən 11-ci sinif şagirdlərinə attestat adı ilə 20 manatdan pul yığılır.

5. Bu il birinci sinif şagirdlərin bölgüsündə sinif müəllimlərin hər birindən 300 manatdan pul yığılıb ki, bunun müqabilində direktor tərəfindən uşaq bölgüsündə müəllimlərə şagird vədi verilib. 1-ci sinif kontingenti az olan müəllimlərdən də 500 manatdan pul yığılıb ki, onlara da əlavə şagird vəd edilib”.

Daha sonra şikayətçilər bildirir ki, onlar yeni nazirdən bu qaydada – Misir Mərdanovdan qalma üsullarla işləyə bilmədiklərindən məktəblərinə diqqət ayırmalarını tələb edirlər.

Geri qayıt