Əsas Səhifə > Dünya > ARTIQ KİLOLARI ONU EVSİZ QOYDU

ARTIQ KİLOLARI ONU EVSİZ QOYDU


7-08-2013, 12:09
ARTIQ KİLOLARI ONU EVSİZ QOYDU
400 kiloqram ağırlığı olan Amerika sakinini evindən çıxarmaq heç də asan olmayıb. Xəstələndiyi üçün xəstəxanaya getmə ehtiyacı duyan Maykl Lehbergeri evinin divarını deşərək bayıra çıxarmaq mümkün olub.

SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ürək ağrılarından əziyyət çəkən Maykl təcili yardıma zəng vuraraq kömək istəyib. Lakin həkimlər 400 kiloqram ağırlığı olan Mayklı evinin qapısından çıxara bilməyiblər.

Bildirək ki, altı saatlıq cəhdlərdən sonra Lehberger dörd nəfər üçün nəzərdə tutulmuş təcili yardım maşınında xəstəxanaya aparılıb.

Qonşuları 29 yaşlı Mayklı iki ildir bayıra çıxan görmədiklərini söyləyiblər.

ARTIQ KİLOLARI ONU EVSİZ QOYDU
ARTIQ KİLOLARI ONU EVSİZ QOYDU
ARTIQ KİLOLARI ONU EVSİZ QOYDU
ARTIQ KİLOLARI ONU EVSİZ QOYDU

Geri qayıt