Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİ KASIBÇILIQDAN GİLEYLƏNDİ

GƏNC MÜĞƏNNİ KASIBÇILIQDAN GİLEYLƏNDİ


7-08-2013, 12:06
GƏNC MÜĞƏNNİ KASIBÇILIQDAN GİLEYLƏNDİ
Müğənni Nurlan Növrəslı uzun müddətdir ki, efirdən uzaqlaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bunu tənbəlliyi ilə bağlayıb.

O, “Atv maqazin” dərgisinə müsahibəsində efirlərdə görünməməyinin səbəbini açıqlayıb:
“Heç tanımadığım insanlar zəng edir, niyə görünmədiyimi soruşurlar. İnsanların sənətimə olan sevgisi ilə qürur duyuram. Amma onlara nə cavab verəcəyimi bilmirəm. Nə vaxt ki, konsert zallarını müəyyən bir vəsait istəmədən bizə verəcəklər, onda hansısa solo layihəmi gerçəkləşdirəcəm. Hətta bəzən gedirsən radiolara, telekanallara səndən pul tələb edirlər. Bunlar məni sənətimdən küsdürmür. Sadəcə, kənar qalmağa vadar edir. İşin bu məqamını tamaşaçıya çatdıra bilmirik. İstedadı, savadı olan musiqiçiyə şərait yaradılmalıdır ki, o layihələrini həyata keçirə bilsin. “3 badam 1 qoz” oxuyub konsert verə bilərəm. Amma mən bunu nə özümə, nə də tamaşaçıma yaraşdırıram. Bütün bunlar mənim gündəmdən qaçmağıma səbəb olan amillərdir”.

Geri qayıt