Əsas Səhifə > Partiya > İLQAR MƏMMƏDOVUN MÜDAFİƏÇİSİNƏ CƏZA VERİLDİ

İLQAR MƏMMƏDOVUN MÜDAFİƏÇİSİNƏ CƏZA VERİLDİ


7-08-2013, 11:15
İLQAR MƏMMƏDOVUN MÜDAFİƏÇİSİNƏ CƏZA VERİLDİ
REAL hərəkatının lideri İlqar Məmmədovun hüquqlarını müdafiə aksiyasında iştirak etmiş fəal Asif Oruclu 7 sutka inzibati həbs cəzası alıb. Qərarı Binəqədi Rayon Məhkəməsinin çıxardığı bildirilir. “Turan”ın əldə etdiyi məlumata görə, fəalı avqustun 5-də vəkili olmadan mühakimə ediblər.

Avqustun 4-də REAL hərəkatının üzvləri məhbus liderləri İlqar Məmmədovla həmrəylik aksiyası keçiriblər. Paytaxtda axşam gəzintisinə çıxan aksiyaçıların əynində İlqar Məmmədovun fotosu, “İlqar Məmmədov təslim olmur”, “Cümhuriyyətçilər təslim olmur”, “İlqar Məmmədovu unutmayaq” şüarları vurulmuş köynəklər olub.

İlqar Məmmədov yanvarın 23-ü və 24-də İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub. Fevralın 4-dən həbsdədir.

Geri qayıt