Əsas Səhifə > Dünya > ABŞ-DAN TÜRKİYƏYƏ DƏSTƏK GƏLDİ

ABŞ-DAN TÜRKİYƏYƏ DƏSTƏK GƏLDİ


5-01-2012, 11:27
ABŞ-DAN TÜRKİYƏYƏ DƏSTƏK GƏLDİ

ABŞ XİN ULUDƏRƏDƏKİ OLAYI NORMAL QARŞILAYIR

ABŞ-ın Xarici İşlər Nazirliyi də Türkiyənin Suriya ilə sərhəd məntəqəsi olan Uludərə yaxınlığında baş verən hadisəyə münasibət bildirdi. XİN sözçüsü Victoria Nuland açıqlamasında Türkiyənin Suriya ilə olan sərhədini və öz torpaqlarını qorumağa haqqı olduğunu söyləyib.

Nuland gündəlik mətbuat konfransında bir jurnalistin Türk mətbuatında Türkiyənin Suriya sərhədi boyunca artileriya batareyaları yerləşdirdiyinə dair xəbərlərin olduğunu və sərhəddə gərginliyin artacağı halda ABŞ-ın hansı addım atacağı ilə bağlı sualını cavablandıraraq qeyd edib ki, öz torpaqlarını qorumaq Türkiyənin suverenlik haqqıdır.

Nuland həmçinin Suriyadan Türkiyəyə istiqamətlənən böyük mühacir axınının olduğunu və daha da artacağını xatırladaraq Türkiyənin suriyalı mühacirlərə qonaqpərvərlik göstərdiyini də qeyd edib.


Geri qayıt