Əsas Səhifə > Sosial, Manşet > ANTİKORRUPSİYA ŞOUSUNUN SONU

ANTİKORRUPSİYA ŞOUSUNUN SONU


5-01-2012, 11:23
ANTİKORRUPSİYA ŞOUSUNUN SONU

OLİQARX NAZİRLƏRDƏN BİRİ KMİ-NİN İŞÇİLƏRİNİ NAZİRLİYƏ BURAXMAYIB

DİA.AZ: - Məlumatlı mənbənin sözlərinə görə, bu günlərdə nazirliklərdən biri ilə bağlı korrupsiya faktının araşdırılması prosesi məhz hədəfə alınan nazirliyin rəhbəri tərəfindən durdurulub həmin nazirliyin də arxasında rejim başçıları durub: "Belə şəraitdə KMİ-nin hansı səmərəli fəaliyyətindən danışmaq olar?"

Antikorrupsiya tədbirləri artıq başa çatıb. Hətta ilkin dönəmdə bir-birinin ardından az qala sosializm yarışmasına çıxaraq "korrupsiya ilə mübarizə" iclasları keçirən nazirliklər də hesabat açıqlamaq niyyətindən uzaq görünürlər və ümumiyyətlə, susurlar.

Hətta bu prosesdə ən çox hədəfə alınan istiqamətlərdən biri kimi diqqətə gələn hərbi çağırış sistemindəki təlatümlər də yarımçıq dayandırıldı və məlum oldu ki, əslində korrupsiya ilə mübarizənin özü yeni korrupsiya üçün bir vasitəyə çevrilib. Yəni rəhbər öz işçisinin, işçisi də öz tabeçiliyində olan şəxsin "səni korrupsioner kimi həhbs etdirərəm, işdən çıxardaram" hədəsi ilə pulunu almaqla, bu proses bitmiş oldu.

Bu məsələ ilə bağlı danışan mötəbər qaynaq iddia edir ki, əslində proses bitməyib. Sadəcə olaraq əliyevlərin oliqarx-məmurları öz nəzarətləri altında olan zonaları sözügedən prosesdən qoruya bildiklərindən heç bir real addımın atılması mümkün olmadı. Bu da əslində baş prokuror Zakir Qaralovu haqlı çıxardı.

Xatırlayırsınızsa, baş prokuror korrupsiya ilə mübarizə kampaniyasının ilk günlərində "əgər korrupsiya ilə mübarizə aparırıqsa, ilk növbədə özümüzdən başlamalıyıq" şəklində açıqlama vermişdi. Bu, əslində o demək idi ki, baş prokuror aparılacaq mübarizənin effektivliyi üçün iriranqlı məmurların da silkələnməsi üçün icazə istəyir.

Nəinki belə bir icazə verilmədi, hətta bu gün həmin iriranqlı korrupsionerlər hətta korrupsiyaya qarşı mübarizə idarəsinin özünü belə yaxın buraxmamaq qədərində güc sahibi kimi çıxış edirlər.

Məlumatlı mənbənin sözlərinə görə, bu günlərdə nazirliklərdən biri ilə bağlı korrupsiya faktının araşdırılması prosesi məhz hədəfə alınan nazirliyin rəhbəri tərəfindən durdurulub həmin nazirliyin də arxasında rejim başçıları durub: "Belə şəraitdə KMİ-nin hansı səmərəli fəaliyyətindən danışmaq olar?"


Geri qayıt