Əsas Səhifə > Cəmiyyət, Manşet > MİSİR MƏRDANOVA CİNAYƏT İŞİ AÇILA BİLƏR

MİSİR MƏRDANOVA CİNAYƏT İŞİ AÇILA BİLƏR


6-08-2013, 16:09
MİSİR MƏRDANOVA CİNAYƏT İŞİ AÇILA BİLƏR
KEÇMİŞ NAZİRƏ QARŞI ŞOK İTTİHAM

DİA.AZ: - «Misir Mərdanova cinayət işi açıla bilər». Bu şok məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbə verib. Qaynaq iddia edir ki, yeni təhsil naziri Mikayıl Cabbarov nazirlikdə çox yüksək ranqlı məmurların da iştirakçısı olduğu böyük bir yeyinti faktının üstünü açıb.

Mənbənin söylədikləri: «Məlum olur ki, son beş ilə aid büdcədən ayrılan vəsaitlərin xərclənməsində ümumilikdə olaraq 24 milyon manata yaxın vəsait mənimsənilib və bu işdə Misir Mərdanovun imzası ilə xeyli sayda sənədlər mənimsənilən büdcə pulunun ört-basdır edilməsi üçün əlavə olunub».

Mənbə bildirir ki, hələlik bu faktlarla bağlı əlavə bilgilərin toplanılması prosesi gedir: «Təbii ki, bu dəhşətli bir faktdır. Talanan dövlət vəsaitindən hətta «yuxarıların» belə xəbərinin olmadığı deyilir. Elə buna görə də Misir Mərdanovun məhz pul oğurlaması ittihamı ilə həbs edə bilərlər. Çünki bu hakimiyyət «obşıy katyol»dan pul gizlədənlərlə yumşaq davranmır, onları bağışlamır».

Geri qayıt