Əsas Səhifə > Ölkə, Manşet > MÜĞƏNNİNİN OĞLU AĞDAMDA RƏSMƏN QOÇULUQ EDİR
MÜĞƏNNİNİN OĞLU AĞDAMDA RƏSMƏN QOÇULUQ EDİR6-08-2013, 15:44 |
QƏZA TÖRƏTMƏSİNƏ BAXMAYARAQ İŞ ÖRT-BASDIR EDİLİR DİA.AZ: - Redaksiyamıza bir qrup Şəmkir rayon sakini adından şikayət məktubu ünvanlanıb. Prezident İlham Əliyevə edilən müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir: “Biz Şəmkir rayonu Düyərli kənd sakinləri Məmmədov Mətləb Sarı oğlu, Məmmədova Gülnarə Namiq qızı, Bayramova Lətifə Süleyman qızı, sürücü Quluyev Ramazan Saleh oğlu 03.08.2013 cü il tarixdə Ağdam rayonunun Mahruzlu kəndində N-saylı hərbi hissədə hərbi xidmətdə olan övladlarımızın görüşünə getmişdik. Uşaqlarımızla görüşdükdən sonra saat 13 radələrində hərbi hissədən ayrılmaq istərkən hərbi hissənin qarşısında saatda təxminən 120-130 km.saatla hərəkətdə olan ağ rəngli VAZ-06 markalı minik avtomobili bizim maşınımızı vurdu. Bizi vuran avtomobilin içərisində içkili vəziyyətdə 4-5 nəfər cavan uşaqlar olub. İçkili vəziyyətdə olan həmin uşaqlar hadisəni törətdikdən sonra qaçaraq hadisə yerindən uzaqlaşıblar Hadisəni törədən 06 markalı avtomobilin qabaq buferi və dövlət nömrə nişanı yox idi, şüşəsində “ satılır” reklamı vardı. Avtomobilin arxa dövlət nömrə nişanı 10-KB-316 idi. Aldığımız məlumatlara görə avtomobil həmin kənd sakini müğəni İlham Sadıqova məxsus olub. Sükan arxasında İlham Sadıqovun oğlu olub, hadisəni də o törədib. Hadisə şahidləri də təsdiq edirlər ki, hadisəni törədən avtomobil saatda təxminən 120 km.saat hərəkətdə olub və sürücü cavan uşaq içkili vəziyyətdə olub. Həmin hadisənin şahidi olmuş hərbçi Çamalov Pənah Gülbala oğlu hadisəni belə şərh edir: “Mən 03.08.2013 cü il tarixdə növbədə olarkən saat 13 iradələrində hərbi hissənin qarşısında saatda təxminən 120-130 km.saatla hərəkətdə olan ağ rəngli VAZ-06 markalı minik avtomobili ağ rəngli VAZ-07 markalı dövlət nömrə nişanı 10-MR-947 saylı maşını vurdu. Hadisəni törədən avtomobilin qabaq nömrə nişanı yox idi, şüşəsində satilir yazılmışdı, avtomobilin içərisindən 4-5 nəfər içkili vəziyyətdə olan cavan uşaqlar düşüb qaçdı. Hadisəni görən digər şahidlər də bizə məlumat verdilər ki, həqiqətən də avtomobil çox sürətlə hərəkətdə olub, sürücü cavan uşaq idi, ağır vəziyyətdə ickili idi”. Hadisə yerinə gələn DYR-nin Ağdam rayon şöbəsinin əməkdaşları zərərçəkmişlərə heç bir yardım göstərməmişlər, əksinə onların haqlı tələblərinə, maşınların yerindən tərpədilməməsinə , aidiyyəti qurumların hadisə yerinə baxış keçirdikdən sonra avtomobillərin dayanacağa aparılmalı olduğunu bildirmələrinə baxmayaraq öz bildikləri kimi hərəkət etmişlər. Zərərçəkmişlərin iştirakı olmadan öz bildikləri kimi, akt tərtib edərək dəlil və sübutları ört-bastır etmişlər. Zərərçəkmiş avtomobildə olan 4-nəfərdən 2-si yüngül xəsarət alsa da, 2 nəfər müayinə altında tutulur. Hər 2 zərərçəkmişin durumları ilə bağlı yaxın günlərdə həkimlər rəy verəcəklər. Bu hadisənin gizlədilməsi, ört-basdır edilməsi, zərərçəkmişlərə lazımi yardım göstərilməməsi, onların iradlarına, şikayətlərinə əməl edilməməsinin səbəbi DYP-nin Ağdam rayon şöbəsinin rəisi Mübarizlə hadisəni törədən avtomobilin sahibi müğən i İlham Sadıqovla yaxın dost olmaları imiş. Zərərçəkmişlər Ağdam rayonundakı bu özbaşnalıqlar, haqsızlıqlar,qanunsuzluqlar, dövlət nömrə nişanı olmayan, içkili vəziyyətdə, insanların çox olduğu yerdə hərbi hissənin önündə saatda 120-130 km.saatla hərəkət edərək 2 nəfərin ağır, 2 nəfərin də yüngül xəsarət almasına səbəb olmuş hadisənin araşdırılmasını aparmaq istəməyən Ağdam rayon Hüquq Mühavizə orqanlarının hərəkətsizliyindən DİN-nin 102 xidmətinə də məlumat vermişlər. Hadisə törədildikdən sonra 9 saat xəstəxanada qalmalarına baxmayaraq Hüquq Mühavizə orqanlarından bir nəfər də olsa onlarla maraqlanmamışdır. Digər tərəfdən zərərçəkmişlər hadisə yerində DYP-i əməkdaşlarından tələb etmişlər ki, ickili vəziyyətdə hadisəni törətmiş sürücü və onun yanında olıan cavanlar tibbi müayinədən kecirilsinlər.Bu haqqda protokol tərtib edilsin. Bu tələbə əməl olunmayıb,onlara təzyiqlər edərək heç imkan verməyiblər ki, onlar harasa, kiməsə şikayət etsinlər. Əlacsız qalan zarərçəkmişlər bu haqqda təkrar DİN-nin 102 xidmətinə məlumat vermişlər. 102 xidmətindən onları inandırmışlar ki tədbir görüləcək. Zərərçəkmişlər Ağdam rayonunun Hüquq Mühavizə orqanlarının bu özbaşnalığı , AR-sı qanunvericiliyini gobud şəkildə pozmuş əməkdaşlar, o cümlədən bu hadisələrin aparıcısı olan DYP-nin Ağdam şöbəsinin rəisi Mübarizin cəzalandırılmasını AR-sı Prezidenti cənab İ.Əliyevdən, DİN-i cənab R.Usubovdan, DYP-i cənab R.Rzayevdən xahiş edirlər”. Geri qayıt |