Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCANLI NAMİZƏDDƏN GÜRCÜ PREZİDENTƏ HƏDƏ

AZƏRBAYCANLI NAMİZƏDDƏN GÜRCÜ PREZİDENTƏ HƏDƏ


6-08-2013, 15:29
AZƏRBAYCANLI NAMİZƏDDƏN GÜRCÜ PREZİDENTƏ HƏDƏ
Daşqın Gülməmmədov: Saakaşavilinin zamanı artıq bitdi, onun yeni ünvanı həbsxana olacaq

DİA.AZ: - Gürcüstan Prezidentliyinə namizəd Daşqın Gülməmmədov DİA.AZ-a açıqlamasında bildirib ki, “Artıq Saakaşvilinin zamanı bitdi, onun yeni ünvanı həbsxana olacaq”.

Gülməmmədov daha sonra davam edir: “2004-cü ildən hakimiyyətdə olan bu şəxsin rəhbərlik etdiyi bandit rejimi, Gürcüstan xalqına qarşı saysız cinayət törədib. Sadə araşdırma M.Saakaşvilinin əsas cinayətlərini üzə çıxaracaq.

Mən Gürcüstan prezidenti seçilsəm Mixeil Saakaşvili qalan ömrünü həbsxanada keçirəcək. Xalqa qarşı törədilmiş cinayətlərin hesabını vermək lazımdır. Eks-baş nazir Zurab Jvaniyanın və vitse-qubernator Raul Yusubovun birbaşa qatili Mixeil Saakaşvilidir. Məhz bu qanlı cinayətin sifarişçisi və iştirakçısı olduğuna görə M.Saakaşiliyə və onun başkəsəni İ.Merbaişviliyə ömürlük həbs cəzası düşür”.

Geri qayıt