Əsas Səhifə > Cəmiyyət > BRAYZA AZƏRBAYCANDAN GETDİ

BRAYZA AZƏRBAYCANDAN GETDİ


5-01-2012, 11:09
BRAYZA AZƏRBAYCANDAN GETDİ

ABŞ YENƏ DƏ AZƏRBAYCANDA SƏFİRSİZ QALDI

Azərbaycandakı diplomatik missiyası başa çatan ABŞ səfiri Metyu Brayza yanvarın 3-də ölkəni tərk edib. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib.

Xatırladaq ki, Senat M. Brayzanı səfir vəzifəsinə təsdiqləməyib. Səfir dekabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, səfir vəzifəsinə təsdiqlənməsinə dair səsvermə keçirilməsə, yanvarın 3-nə qədər Azərbaycanı tərk etmək məcburiyyətində qalacaq.

Yeni səfir təyin olunana qədər ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini Adam Sterlinq icra edəcək.


Geri qayıt