Əsas Səhifə > Güney Press, Araşdırma > MİLLİ ŞURA GƏRGİNLİYİN ASTANASINDA

MİLLİ ŞURA GƏRGİNLİYİN ASTANASINDA


6-08-2013, 14:43
MİLLİ ŞURA GƏRGİNLİYİN ASTANASINDA
ELDAR NAMAZOVA QARŞI İTTİFAQ YARANIB

Milli Şuranın sabah keçiriləcək iclasında qurumun aparat rəhbəri Eldar Namazovun fəaliyyətsizliyi müzakirə olunacaq. Çünki Şurada onun fəaliyyətsizliyindən ciddi narazılıq var.

Bunu Avropa.info-ya adının açıqlanmasını istəməyən Milli Şura üzvü bildirib.

Məlumat verən Şura üzvü bildirib ki, o yaxın günlərdə təşkilatda baş verən proseslər, orada gedən oyunlarla bağlı geniş açıqlama vermək niyyətindədir və ona görə indki halda adının açıqlanmasını istəmir.

Onun sözlərinə görə, E.Namazov R.İbrahimdbəyovun Seçki Qərargahının rəhbəri olsa da bu günədək qərargahının nə üzvləri təyin olunub, nə də strukturları müəyyənləşib: “Seçki prosesinə rəsmi strat verilsə də Milli Şuranın bu istiqamətdə heç bir fəaliyyəti yoxdur. Ümumiyyətlə, E.Namazov təşkilatın fəaliyyətini iflic vəziyyətinə salıb. Belə ki, o nə fəaliyyət göstərir, nə də imkan verir başqaları bu işi aparsın. İctimai Palatanın fəaliyyəti Milli Şuranın fəaliyyətindən daha aktiv və məhsuldar idi. İP ictimai rəyə təsir edirdi. Amma E.Namazovun fəaliyyətsizliyi nəticəsində Milli Şura ölü bir quruma çevrilib və bu təşkilatın artıq eyforiya dövrü geridə qalıb”.

Milli Şura üzvü bildirib ki, E.Namazovun bütün bu hərəkətləri bir daha sübut edir ki, onun hansısa məqsədi var və ya da kimlərinsə oyununu oynadığından təşkilatın canlanmasına imkan vermir: “Belə olmasaydı, indiyədək Seçki Qərargahı formalaşdırılardı və bütün texniki məsələlər həll edilərdi. Amma bundan sonra seçki qərargahı nə zaman formalaşdırlacaq, işini necə quracaq, işçi qruplar və komissiyalr nə zaman formalaşacaq bəlli deyil. Bütünbunlar vaxt aparan məsələdir. Vaxt isə bizi gözləmir. Bunlar bir daha göstəriri ki, Milli Şura seçikilərdə maraqlı deyil”.

Şura üzvünün fikrincə, E.Namazov gec də olsa sabah seçki Qərargahının tərkibini və onun strukturları barədə sessiya iştirakçılarına məlumat verəcək və təyinatlar olacaq. Odur ki, Mili Şuranın sabahkı toplantısı çox qızğın keçəcək və oradakı qərarlardan çox şey asılı olacaq. Mənbə bildirib ki, sabahkı iclas Milli Şuranın son sessiyası da ola bilər.

Geri qayıt