Əsas Səhifə > Şou-biznes > "MAŞINIM GÜNLƏRLƏ CƏRİMƏ MEYDANÇASINDA QALIR"

"MAŞINIM GÜNLƏRLƏ CƏRİMƏ MEYDANÇASINDA QALIR"


6-08-2013, 13:48
"MAŞINIM GÜNLƏRLƏ CƏRİMƏ MEYDANÇASINDA QALIR"
Müğənni Elçin Cəfərov yol hərəkət qaydalarını tez-tez pozması ilə də tanınır.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” dərgisinə açıqlamasında avtomobilinin günlərlə cərimə meydançasında qaldığını etiraf edib:
“Yol hərəkət qaydalarını tez-tez pozuram. Əsasən də efirə və ya toya gecikəndə. Bir neçə ay əvvəl radara düşdüm və 200 manat cərimə ödədim. Daha sonra maşınım günlərlə cərimə meydançasında qalıb.

Hətta bir dəfə qaydaları o qədər pozdum ki, 7 bal aldım. İndi yol hərəkət qaydaları haqqında kitabı əzbərləməyə başlamışam.

Tıxacda ən çox qaldığım vaxt iki saat olub. Amma həmkarlarımdan fərqli olaraq, bu zaman şəklimi çəkib, İnstaqrama qoymaqla vaxt keçirmirəm”.

Geri qayıt