Əsas Səhifə > Gündəm, Manşet > YENİ TƏHSİL NAZİRİ İKİ REKTORU CƏZALANDIRIR

YENİ TƏHSİL NAZİRİ İKİ REKTORU CƏZALANDIRIR


6-08-2013, 11:32
YENİ TƏHSİL NAZİRİ İKİ REKTORU CƏZALANDIRIR
TƏHSİL SİSTEMİNDƏ YENİ DƏRS İLİNƏ QƏDƏR İSLAHATLAR NƏZƏRDƏ TUTULUB

DİA.AZ: - Redaksiyamıza təhsil sistemində ciddi islahatların həyata keçiriləcəyilə bağlı ilginc məlumatlar daxil olub. Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, yeni dərs ilinə qədər bir sıra ali tədris ocaqlarında ciddi islahatlar həyata keçiriləcək.

Mənbənin söylədikləri: «Konkret olaraq iki dövlət ali məktəbinin rektorunun vəzifəsindən alınması gözlənilir. Hələlik ad açıqlanmasa da, onlarla gənc nazirimizin münasibətlərinin qaydasında olmadığı məlumdur».

Xatırladaq ki, bu günlərdə təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetinin rektoruna töhmət verib.

Onu da bildirək ki, GDU ilə bağlı redaksiyamız tərəfindən bu günlərdə bir material da dərc olunub və bu materiala GDU-nun az qala bütün müəllim heyəti reaksiya verib. Belə ki, rektoruna xoş görünmək yarışına girən GDU-nun müəllimləri bir-bir redaksiyamıza telefon açaraq nazir tərəfindən cəzalandırılmış rektor Yadigar Əliyevin MÜDAFİƏSİNƏ QALXIBLAR.

Bildirək ki, sovet dövrünün «zəhmətkeş məktubları»nı xatırladan bu basqılar günü bu gün də davam edir…

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, ali məktəblərlə bağlı sərt siyasətin tərəfdarı olan Mikayıl Cabbarov rüşvətin qarşısının alınması məqsədilə ən çox şikayət olunan ali tədris ocaqlarını da monitorinqə götürüb.

Geri qayıt