Əsas Səhifə > Cəmiyyət, Manşet > ZİYA MƏMMƏDOVDAN ŞOK GEDİŞ
ZİYA MƏMMƏDOVDAN ŞOK GEDİŞ4-01-2012, 14:54 |
NN ŞEFİ ÖZƏL TAKSİLƏRƏ QARŞI YENİ ÜSUL HAZIRLAYIR DİA.AZ: - Hələ dekabr ayının əvvəllində nəqliyyat naziri Ziya Məmmədov açıqlama verərək bildirmişdi ki, taksi kimi xidmət göstərən köhnə sovet maşınları ilə yanaşı, digər özəl maşınların da fəaliyyətinə qadağa qoyulacaq. Lakin sonradan bu addımın atılmasında hakimiyyətin çox ciddi şəkildə ehtiyatlandığı məlum oldu. Bu barədə yayılan xəbərlərdə qeyd olunurdu ki, əslində Ziya Məmmədov yanvar ayının 1-dən etibarən köhnə maşınların taksi kimi fəaliyyətinin rəsmən əngəllənməsini istəyibmiş: «Hətta bu barədə nazirlikdə düzənlənən tədbirdə də açıq şəkildə bəyan edilib». Qeyd edək ki, yeni «London» taksilərinin əksər sürücüləri planın yuxarı olması səbəbindən işləməkdən imtina etdiklərinə görə, Ziya Məmmədov imtina qərarı verən sürücülərin qarşısının alınması məqsədilə belə bir vəd vermişdi. Yəni onun «köhnə taksilər 1 yanvar tarixindən yığışdırılacaq» açıqlaması məhz yeni taksilərə olan marağın artırılması niyyətinə xidmət edirmiş. Amma yenə də nazir sözünü tuta bilmədi. Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki mənbə iddia edir ki, əslində Ziya Məmmədovdan olsaydı, günü bu gün köhnə taksilərin fəaliyyətini qadağan edərdi: «Amma məlumdur ki, bu gün Bakıda 20 minə yaxın şəxsi maşın taksi kimi fəaliyyət göstərir. Və qoyulacaq qadağa bu sayda ailənin çörəksiz qalması deməkdir». Mənbə bildirir ki, bu yöndə istənilən bir qadağa 20 min ailənin üsyana sürüklənməsi kimi qəbul edildiyindən hakimiyyət ehtiyatlı davranmaq məcburiyyətində qalıb: «Ziya Məmmədov da bu səbəbdən 1 yanvar trixi ilə bağlı planlarından vaz keçib. Amma niyyətindən daşınmayıb. Artıq yeni plan üzərində iş gedir». Məlumatlara görə, NN rəhbərliyi köhnə taksilərin fəaliyyətinin dayandırılması üçün onlara lisenziya problemi yaratmağı düşünür: «Gələn ayın əvvəlindən taksilərin lisenziyaları ilə bağlı yeni üsuldan istifadə olunacaq. Bu zaman köhnə lisenziyaların da təzələnməsi zərurəti yaranacaq ki, bu yolla NN rəhbərliyi «problemi» yoluna qoymağı düşünür». Hər halda, bu planın da 20 min ailənin çörəyinə bais olma ilə nəticələnəcəyi şübhəsizdir. Geri qayıt |