Əsas Səhifə > Ölkə > “WIKILEAKS” CƏLAL ƏLİYEVDƏN YAZDI
“WIKILEAKS” CƏLAL ƏLİYEVDƏN YAZDI27-09-2011, 11:59 |
PREZİDENTİN ƏMİSİ QANUNA QARŞI İMİŞ “WikiLeaks” saytı Azərbaycanla bağlı materialları yaymaqda davam edir. Növbəti belə material Azərbaycandakı təhsil sistemi ilə bağlı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Lunun Vaşinqtona məxfi məktubudur. Məktubda ən maraqlı məqam “Təhsil haqqında” Qanun ətrafında baş verənlər barədə qeydlərdir. Oxucuların diqqətinə çatdıraq ki, “Təhsil haqqında” Qanun 1998-ci ildən başlayaraq hakimiyyət daxilində mübahisəli məsələ olub və bu baxımdan qəbulu ləngiyib. Uzun mübahisə və intriqalardan sonra ötən il qanunun qəbuluna nail olunub. Donald Lu məktubunda yazıb ki, yeni qanuna qarşı ən sərt şəkildə çıxan Ilham Əliyevin əmisi, deputat Cəlal Əliyev olub. O, həmçinin bu qanunu dəstəkləyənlərə qarşı da sərt mövqe sərgiləyib. Donald Lu yazıb ki, Cəlal Əliyevin bu mövqeyi aspiranturanın ləğvini istəməməsi ilə bağlıdır. ABŞ səfirliyinin əməkdaşı aspiranturanı Cəlal Əliyevin gəlir mənbələrindən biri kimi göstərib. Beləliklə bəlli olur ki, Azərbaycanda təhsil sisteminin axsamasında birbaşa hakim ailənin rolu olub. Cəlal Əliyev həmin dövrdə ailənin əsas söz sahiblərindən biri kimi şəxsi maraqlarından çıxış edərək uzun illər yeni qanunun qəbulunu ləngidib. 2005-ci ildən sonra onun mövqelərinin zəiflədilməsi və nəhayət, tamamilə küncə sıxışdırılması yeni qanunun qəbuluna şərait yaradıb. Donald Lunun məktubunda daha bir maraqlı məqam yeni qanunla bağlıdır. ABŞ səfirliyinin əməkdaşı məktubunun şərh hissəsində qeyd edib ki, hətta yeni qanun da Azərbaycan təhsilindəki problemlərin aradan qaldırılması, təhsil sisteminin modernləşdirilməsi və müasir standartların tətbiqini əhatə etmir. Geri qayıt |