Əsas Səhifə > Siyasət, Manşet > AĞSTAFADA DURUM ACINACAQLI HƏDDƏ ÇATMAQDADIR

AĞSTAFADA DURUM ACINACAQLI HƏDDƏ ÇATMAQDADIR


5-08-2013, 12:06
AĞSTAFADA DURUM ACINACAQLI HƏDDƏ ÇATMAQDADIR
BAŞÇI İLƏ MÜAVİNİN ARASINDAKI NİFAQ SAKİNLƏRİN BAŞINDA ÇATLADI

DİA.AZ: - Bir müddət bundan əvvəl Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə müavini Ramiz Tatarov arasında baş vermiş insident barədə ətraflı məlumat vermişdik. Qeyd edək ki, tərəflər arasında münasibət pik həddə çatıb və həmin məlum olay dəmək olar ki, cəmiyyət arasında da müəyyən fikir formalaşdırıb. Hər halda baş verənlər Ağstafada kütləvi etirazlara səbəb ola bilər.

DİA.AZ-a daxil olan məlumatlara görə, artıq İH başçısı ilə müavini arasında baş vermiş hadisədən hakimiyyətin üst qatı da xəbərdar olub və bildirilir ki, hər iki məmurun Prezident Adminstrasiyasına çağırılaraq ciddi tənbeh olunub. Bundan sonra rayona qayıdan hər iki məmur PA- nın adından istifadə edərək külli miqdarda pul toplamağa start veriblər. Redaksiyamıza danışan mənbənin sözlərinə görə, Ramiz Tatarov həmin pulun PA-dan tələb olunduğunu bildirb.

Bu hal isə artıq rayonda ciddi narazılığa səbəb olub: "M.Quliyev Ağstafaya başçı vəzifəsinə gələn kimi ilk olaraq pul yığımına başladı. Təbii ki, biz də istənilən pulu verdik. İcra başçısı ilə R.Tatarov hər dəfə bir oyun qurub pul yığırlar. İndi də keçib PA adından istifadə edirlər. Təbii ki, biz səsimizi çıxara bilmirik. Narazılıq edənlərə “dərhal ərizəni yaz öz xoşunla işdən çıx” deyirlər. Dərdimizi heç bir yerə deyə bilmirik. Bir sözlə bunların əxlaqsız davranışlarının cəzasını xalq çəkir. Çünki idarə rəhbərləri həmin pulu toplamaq üçün mütləq xalqı talan etməlidirlər.” deyə mənbə bildirir.

Onu da bildirək ki, PA-nın adından pulu büdcə təşkilatında çalışanlardan, idarə və müəssisə rəhbərlırindən yığırlar. Mənbənin söylədikləri: “Ola bilsin ki, Bakıda onları “qabıqdan çıxarıblar”. İndi də onlar yerli camaatdan qisas alırlar”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt