Əsas Səhifə > Cəmiyyət > BJEZİNSKİDƏN ŞOK PROQNOZLAR

BJEZİNSKİDƏN ŞOK PROQNOZLAR


4-01-2012, 13:33
BJEZİNSKİDƏN ŞOK PROQNOZLAR

“ABŞ-IN SÜQUTU AZƏRBAYCANA DA BÖYÜK ZƏRBƏ VURACAQ”

Amerikanın Foreign Policy jurnalı tanınmış politoloq, prezident Karterin milli təhlükəsilzik üzrə keçmiş müşaviri, çapa hazırlanan “Strateji konsepsiya: Amerika və qlobal güc böhranı” kitabının müəllifi Zbiqnev Bjezinsikinin məqaləsini dərc edib. Analitikin fikrincə, Birləşmiş Ştatların mümkün, hətta qaçılmaz olan tənəzzülü bütün dünya üçün mənfi nəticələnə bilər.

“Beynəlxalq arenada qeyri-müəyyənlik, qlobal rəqiblər arasında çəkişmələrin kəskinləşməsi, hətta açıq xaos ABŞ-ın tənəzzülünün nəticələri ola bilər”, - Bjezinski belə hesab edir. Demokratiya haqda arzular yox, “müxtəlif avtoritarizm, millətçilik və dini hibridlərə əsaslanan gücləndirilmiş milli təhlükəsizlik modeli” qalib gələcək.

“İkinci ranq”a aid dünya ölkələrinin, o cümlədən Hindistan, Yaponiya, Rusiya və bəzi Avropa ölkələrinin liderləri artıq ABŞ-ın tənəzzülünün nəticələrini hesablayırlar. “Rusiya Amerikanın qeyri-müəyyən perspektivləri ilə bağlı xəyallara (hətta bədxahlığa) qapanır.

Çin başa düşür ki, uğura doğru yol indiki dünya quruluşunun kəskin iflası yox, gücün tədricən yenidən bölünməsidir. Lakin əgər inadkar Çin millətçiliyi baş qaldırarsa, qonşularla münasibətlər korlana bilər və “XXI əsrin Asiyası XX əsrin qaniçən, zorakı Avropasına çevrilər”.

ABŞ-ın çökməsi bir sıra zəif dövlətlər üçün də təhlükəlidir.

ABŞ-ın zəifləməsi Meksika ilə əlaqələrin pozulmasına səbəb olacaq: Ştatlarda millətçilik və öz təhlükəsizliyinə görə qorxu güclənəcək. Meksika tərəfi isə ərazi iddiaları irəli sürəcək.

Dəniz yolları, kosmos, kiberməkan və ətraf mühit üzərində nəzarət zəifləyəcək.

Müəllif ABŞ-ı ya yeni siyasi strategiyanı həyata keçirməyə, ya da qlobal sarsıntılara hazırlaşmağa çağırır.

ABŞ-ın qlobal əhəmiyyətinin azalması regional münaqişələrə yol aça bilər. Bjezinski Amerikanın çökməsindən uduzacaq 8 ölkənin adını çəkir:

1. Gürcüstan Rusiyanın “siyasi qorxutmaları və hərbi təcavüzü” qarşısında asılı vəziyyətə düşəcək.

Bu nə ilə təhlükəlidir? Rusiyanın Avropa neft-qaz təchizatının “cənub dəhlizi” üzərində hakimiyyəti, Moskvanın siyasi məqsədləri ilə barışması üçün Avropaya təzyiqlərin artması ilə; bu isə Azərbaycanın maraqlarına güclü zərbə vuracaq”, - məqalədə deyilir.

2. Tayvan Çinin təzyiqləri qarşısında asılı vəziyyətə düşəcək; Çox güman ki, Pekinə sərfəli olan birləşmə prosesi yaxınlaşacaq.

3. Cənubi Koreya dilemma qarşısında qalacaq: Çinin regional hökmranlığı ilə barışsın yoxsa Yaponiya ilə münasibətləri möhkəmləndirsin.

Bu, nə ilə təhlükəlidir: Koreya yarımadasında hərbi-iqtisadi sabitlik üçün təhlükə ilə.

4. Belarus. Amerikanın tənəzzülü Rusiyaya şans verəcək ki, Belarusu tam nəzarətə götürsün.

“Bu, nə ilə təhlükəlidir: Baltik ölkələrinin, xüsusən Latviyanın təhlükəsizliyi laxlayacaq.

5. Ukrayna: Avropanın bu ölkəni Qərb birliyinə inteqrasiya etmək istəyi və imkanları zəifləyəcək.

Bu nə ilə təhlükəlidir: Rusiyanın imperiya ambisiyalarının dirçəlməsi ilə, - müəllif qeyd edir.

6. Əfqanıstan artıq bərbad vəziyyətdədir. Əgər Amerika qoşunları tələsik çıxarılsa, Əfqanıstanın süqutu mümkündür.

Bu nə ilə təhlükəlidir: Talibanın dirçəlməsi, başqasının əli ilə Hindistan-Pakistan müharibəsinin baş verməsi, beynəlxalq terrorizm üçün sığınacağın meydana gəlməsi ilə.

7. Pakistan hərbçilərin idarəçiliyi altında olan dövlətə, radikal islam dövlətinə, mərkəzi hakimiyyət olmadan hərbi-islam idarəçiliyinin kombinasiya edilmiş dövlətə çevrilə bilər.

Bu nə ilə təhlükəlidir: nüvə silahlarına malik səhra komandirləri;

nüvə silahına malik İran tipli antiqərb hökumətin gəlişi; Mərkəzi Asiyada regional qeyri-sabitlik ilə.

8. İsrail, həmçinin ümumilikdə “Böyük Yaxın Şərq”. Amerikanın çökməsi əsl “tektonik oyanışlara” təhrik edəcək ki, bu da siyasi sabitliyi pozacaq.

Bu nə ilə təhlükəlidir: İsrail və ya ABŞ ilə İran arasında açıq qarşıdurma; islam radikalizminin və ekstremizminin artması; ümumdünya neft-qaz böhranı; ABŞ-ın müttəfiqlərinin Fars körfəzində asılı vəziyyətə düşməsi ilə, - məqalədə qeyd olunur.


Geri qayıt