Əsas Səhifə > Ölkə, Manşet > HÖKUMƏT BAYIL SAKİNLƏRİNİ ALDATDI

HÖKUMƏT BAYIL SAKİNLƏRİNİ ALDATDI


4-01-2012, 13:24
HÖKUMƏT BAYIL SAKİNLƏRİNİ ALDATDI

HƏM ELEKTRİK ENERJİSİNİN, HƏM DƏ SUYUN VERİLMƏSİNDƏ FASİLƏLƏR YARANDI

DİA.AZ: - Hələ bayramdan öncə müvafiq dövlət qurumlarının nümayəndələri çıqlama verərək bildirmişdilər ki, paytaxt ərazisində vətəndaşların elektrik enerjisi, təbii qaz və su təminatında heç bir problem yaranmayacaq. Amma bunun yalan olduğu ən azından son günlər başdan-başa tikinti meydançasını xatırladan Bakının mərkəzi hesab olunan Səbayel rayonunun Bayıl qəsəbəsinin sakinləri bilmiş oldular.

Bu barədə redaksiyamıza şikayətlənən qəsəbə sakinlərinin sözlərinə görə, hətta yeni il axşamında da işıqları kəsilib: «Bir saat elektrik enerjisinin verilməsində fasilə yarandı. Camaatın bayramını da qara etdilər».

Sakinlər bildirirlər ki, bu gün səhər saatlarından isə evlərə suyun verilməsi dayandırılıb: «Aqil Quliyev, Xanlar Abbasov və digər küçələrdə səhər saatlarından su gəlmir. Belə bayram olar?»

Şikayətçilərin sözlərinə görə, bununla bağlı müvafiq instansiyalara müraciət etsələr də, düz-əməlli cavab ala bilməyiblər: «Hətta deyirlər ki, 3 gün su olmayacaq. Onsuz da günümüz qaradır. Hər gün evimizin içi ilə yük maşınları hərəkət edir. Dincliyimiz də qalmayıb. Bu «Avroviziya» da bir yandan başımıza bəla oldu. Bilmirik kimə, hara şikayət edək».


Geri qayıt