Əsas Səhifə > Siyasət, Manşet > ŞAHİN MUSTAFAYEV BAŞ NAZİR POSTUNA GƏTİRİLİR

ŞAHİN MUSTAFAYEV BAŞ NAZİR POSTUNA GƏTİRİLİR


3-08-2013, 11:51
ŞAHİN MUSTAFAYEV BAŞ NAZİR POSTUNA GƏTİRİLİR
SEÇKİLƏRDƏN SONRA NAZİRLƏR KABİNETİNİN RƏHBƏRİ İİN ŞEFİ OLACAQ

DİA.AZ: - Son günlər hakimiyyət dəhlizlərində maraqlı bir olayın xəbəri dolaşmaqdadır. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaq informasiya verib. Mənbə iddia edir ki, İqtisadi İnkişaf Naziri Şahin Mustafayevin baş nazir postuna ən şanslı namizəd olması və prezident seçkilərindən sonra onun Artur Rəsizadənin yerinə təsdiq ediləcəyi bir çox çevrələrdə müzakirə olunmaqdadır.

Qeyd edək ki, Şahin Mustafayevin bacarıqlı iqtisadçı olması və onun yeni prezident komandasında yer alması da burada dəlil kimi göstərilir.

Mənbənin söylədikləri: «Doğrudur, bu vaxta qədər yerli mətbuatda müxtəlif adlar baş nazir postuna namizəd kimi hallandırılıb. Amma bu vəzifəyə Şahin Mustafayev təyin edilə bilər. Yəni bu gün iqtidara aid kuluarlarda belə bir söhbətlər dolaşır».

Onu da bildirək ki, Şahin Mustafayev heç bir iqtidardaxili qruplaşmaya aid olmamaqla yanaşı, onun prezidentə sədaqətli olduğu da söylənilir.

Geri qayıt