Əsas Səhifə > Hadisə > "NEFT DAŞLARI" NQÇİ-DƏ GÖRÜNMƏMİŞ QALMAQAL

"NEFT DAŞLARI" NQÇİ-DƏ GÖRÜNMƏMİŞ QALMAQAL


3-08-2013, 11:35
"NEFT DAŞLARI" NQÇİ-DƏ GÖRÜNMƏMİŞ QALMAQAL
“Təzadlar”a “Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və Qazçıxarma İdarəsinin 3, 5 və 2 saylı NQÇİ-lərinin quyu debitini ölçən ştatlarında uzun illərdir çalışan Zemfira Hacızadə, Anjela Osmanova, Lidiya Volkova və başqalarının surəti redaksiyamıza olmaqla, Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevə ünvanlı müraciəti daxil olub.

Bu barədə tezadlar.az saytının 1 avqust buraxılışında qısa məzmunlu məlumat vermişdik, amma...

Bəs şikayətçiləri narahat edən nə idi?

Xatırladırıq ki, “Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və Qazçıxarma İdarəsinin 3, 5 və 2 saylı NQÇİ-lərinin quyu debitini ölçən ştatlarında uzun illərdir çalışan Zemfira Hacızadə, Anjela Osmanova, Lidiya Volkova və başqalarının surəti redaksiyamıza olmaqla, Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevə ünvanlı müraciəti daxil olmuşdur. Müraciətdə həm “Azneft” İB-də, həm də “Neft daşları” Neft və Qazçıxarma İdarəsində baş verən dəhşətli olaylardan bəhs olunur... Müraciətdə “Azneft” İB-nin rəisi Daşqın İsgəndərovun yeznəsi Qoçəli Mahmudovu “Neft daşları” NQÇİ-yə hansı yolla və vasitələrlə rəis gətirdiyindən tutmuş, birlikdə və idarədə baş verən digər olaylardan yazılıb.

Məsələnin ciddiliyini nəzərə alıb dünən şikayətçiləri redaksiyaya dəvət etmişdik. Onlar əməkdaşımıza geniş müsahibə vermişdilər. Həmçinin bir sıra sənədləri təqdim etmişdilər... “”Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qohumların bir-birinin tabeliyində işləməsini qəti qadağan edir. Amma Birliyin rəisi Daşqın İsgəndərovun yeznəsi Qoçəli Mahmudov onun tabeliyində işləyir-”Neft daşları” NQÇİ-nin rəisidir... Daşqın İsgəndərovun qudası Baxış Həsənov TQİ-7-nin rəisidir... Daşqın İsgəndərovun bacısı oğlu (həm də yeznəsi Daşqın Mahmudovun baldızı oğlu) Zaur “Neft daşları” NQÇİ-də texniki təhlükəsizlik üzrə baş mühəndisin müavinidir... Daşqın İsgəndərovun doğmaca xalası oğlu Bəhlul Səlimov “Neft daşları” NQÇİ-də texniki təhlükəsizlik üzrə mühəndisdir... “Neft daşları” NQÇİ-nin rəisi Qoçəli Mahmudovun qardaşı P.Mahmudov birbaşa idarədə sex rəisidir... Belə faktlar çoxdur... Yəqin ki Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin isə bunlardan xəbəri yoxdur...”, deyən şikayətçilər digər məsələlərə də toxundular: “Qoy Daşqın İsgəndərov bu suallara cavab versin ki, “28 may” NQÇİ-də tabelçi işləyən Samirə xanım niyə birlikdə ən toxunulmaz şəxs hesab olunur? Qoy Qoçəli Mahmudov desin ki, niyə Yelena Krasilnikovaya, Bahar Həşimovaya, onun xalası qızına və s. güldən ağır söz demək olmaz?.. Necə olur ki, operatorlar Həkim Muradova, Nəcəf Mustafayevə, Beyrut Yaralıyevə, Əsəddin Kiçibəyova, Yelena Krasilnikovaya... gecə növbəsində olmadıqları halda, artıq saatlar yazılır? Nəyin hesabına? Biz ali təhsillilərə isə “ştatınız ləğv olunur” deyir, xadimə işi təklif edirlər. Niyə? Biz Prezident İlham Əliyevdən tədbir görülməsinə tapşırıq verməsini xahiş edirik...”.

Biz elə dünən müraciətdəki faktların ciddiliyini nəzərə alaraq qarşı tərəfin də mövqeyini öyrənməyə cəhd etdik. Lakin Qoçəli Mahmudovun 521-13-10 iş telefonuna cavab verən olmadı. Mobil telefonu da bu sıradan... Həmçinin “Azneft” İB-nin baş direktoru D.İsgəndərovun.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

***

Beləliklə, əvvəlcə şikayətçi Hacızadə Zenfira Hacıağa qızının şikayət ərizəsini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyevaya!

Baş Prokuror Zakir Qaralova!

Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevə!

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevə!

Surəti: “Təzadlar” qəzeti redaksiyasına!

Sumqayıt şəhəri 1 mik-on, ev-12-23 mənzil 48-də yaşayan Hacızadə Zenfira Hacıağa qızı tərəfindən ŞİKAYƏT


Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Zakir müəllim!

Hörmətli Rövnəq müəllim!

Hörmətli redaksiya!

Mən artıq sizə müraciət etmək məcburiyyətindəyəm, çünki çalışdığım Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin rəhbərliyi mənə qarşı olan qərəzli mövqeyi və davranışınıavam etdirməkdədir.

Qısaca olaraq bildirirəm ki, mən fevral 1994-cü ildən Azərbaycan Respublikası Neft Şirkəti “Azneft” İB “Neft Daşları” NQÇÇ-də quyu debitini ölçən vəzifəsində çalışıram. Çalışdığım müddətdə heç vaxt “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydalarını pozmamışam və töhmətə (tənəyə) məruz qalmamışam. Onu da qeyd etmək istəyirəm ki, mən həmin şirkətdə mənə qarşı təqiblər 1995-ci ildən başlanıb. 1995-ci ildə məni o vəzifədən çıxarıb (təqdimatla başqa işə keçirmişlər və həmin yerə başqa işçi götürmüşdülər). Guya bu ştatı ləğv edilər. Amma başqa işçi götürmüşdülər. Bunlar “Neft Daşları”nın arxiv sənədlərində var. Mənə qarşı olan qərəzli münasibətin və xüsusən də qanunsuzluqların təsdiqi kimi aşağıdakı faktları nəzərinizə çatdırmaq istərdim.

Cənab Prezident!

Mən 2 aprel 2009-cu ildə, cənab Prezident, Sizə, həmçinin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti cənab Yusifzadəyə, Ombudsman E.Süleymanovaya müraciət etmişdim. İşdə problemlər üzrə geoloq Adil Abdullayevin mənə olan pis münasibət bəsləməsindən (etik qaydalara zidd olduğundan teksdən çıxarıldı. Red.) və mənim ona çox ciddi və sərt şəkildə cavab verməyimdən sonra başlandı. Məhz həmin vaxtda (2006-cı ildə) o və bizim keçmiş rəisimiz mənə təzyiq göstərməyə başladılar. Mənim əmək müqaviləsində göstərilən bütün vəzifələrinin yerinə yetirilməyimə baxmayaraq onlar məni hər vəchlə işdən kənarlaşdırmağa çalışırdılar. 01 fevral 2013-cü ildən etibarən rəis vəzifəsinə təyin edilən Mahmudov Q.T real situasiyanı dəqiq öyrənmədən və həqiqi informasiyaya malik olmadan, indiki rəis müavini Ş.Hətəmovla birlikdə çalışdığım quyu debitini ölçən vəzifəsini ləğv etmək və məni bir tikə çörəksiz qoymaq istəyirlər.

Adil Malıyıb 01.04.2013-cü ildə bizə yeni rəis təyin olundu və mənim heç bir xəbərim olmadan mənə qarşı akt və təqdimat hazırlayıblar ki, guya mən özümə idarənin 5-ci mərtəbəsində özümə mətbəx və paltaryuma sexi açmışam (hər mərtəbədə isə kamera olduğu halda) və onu “Neft Daşlarının” hüquqşünası cənab Murat müəllim təsdiqləyib, Q.Mahmudova verib. Aprelin 6-da, 2013-cü il tarixdə əmək və icra intizamının pozulması haqqında əmr verilir (ƏMR №135 01.05.2013-cü il). Guya mən izahatdan imtina etmişəm. Hansı ki, iki il bundan öncə tədqiqat operatoru vəzifəsinə Yelena Kraselnikova əməkdaş təyin edilib, geoloq vəzifəsində də Adil Abdullayev çalışır. Həmin əməkdaşlar mənə qarşı qərəzli mövqedədirlər. Y.Selkinova iş vaxtından tez çıxır, amma ona bu hərəkətinə görə heç bir irad tutulmur. Onun daxili intizam qaydalarını necə pozması iş yerində aydın-aşkar görünür. Halbuki Neft Daşları Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydalarının 6.4-cü bəndinə əsasən istehsalatda ahəngdarlığın təmin olunması məqsədilə, struktur vahidlərinin yerləşdiyi ərazidən və işin xüsusiyyətlərindən asılı olaraq idarədə 8 saatlıq, 10,5 saatlıq, 11 saatlıq və 12 saatlıq iş rejimi tətbiq edilir. Lakin Y.Kraselnikova barəsində heç bir tədbir görülmür, mənə isə həmişə irad tutulur. Halbuki onların əsası da yoxdur. Həmin qaydaların 3.2.1 bəndinə görə hər bir işçinin ixtisası, peşə təcrübəsi üzrə işləməsi (yeni vəzifə funksiyalarının yüksək səmərə ilə yerinə yetirilməsi məqsədilə) üçün işçilərin əməyini düzgün təşkil etmək işə götürənin vəzifəsidir. Qeyd etmək istəyirəm ki, mən 12 may 2010-cu ildə rəhbərliyə müraciət edib mənə qarşı qərəzli və ədalətsiz mövqe barədə diqqətə çatdırmışdım. Lakin müraciətə heç bir cavab və reaksiya gəlmədi.

Ondan sonra mən Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayevə teleqram və faksla müraciət göndərdim. 11.05.2013-cü ildə məni rəis A.Malıyev çağırıb tapşırıq verdi ki, sən mənimlə gedəcəksən 1146-cı meydançaya və orda ölçü edəcəksən. Mən rəislə bərabər getdim və onunla meydançaya düşüb gördüm ki, bütün quyular və siyirtmələr və “ştok”lar hamısı rənglənib, ustaya və opera\torlara tapşırıq verdi ki, heç kim mənə yaxın durmasın və kömək eləməsinlər. Mən də geoloji kitabda o meydançadakı əvvəl olmalı nə neft, su və konus əmsalı barədə qeydi görmədim. Və orda ölçülər getməmişdi. Mən quyu 1330 qeyd qoydum və siyirtmələri açdım, nə qədər gücüm çatdı. Qalanlarını aça bilmədim (ona görə ki, rənglənmişdi). Rəis Adil Malıyeb şivən saldı və usta Rüstəmov Faiqi çağırıb akt tərtib elədilər. Bu akta isə yalnız usta qol çəkmişdi, məni təlimatlandırmamışdılar. Və təqdimat yazıb heç mənim xəbərim olmadan komissiyada göstərdilər və mən söylədim ki, onlar surətini versinlər. Sonra mən vəkillə bərabər yazıb faksla göndərdim. Mən həmçinin özüm müraciəti “Aznet” İB-nin baş direktoru cənab D.İskəndərova göndərdim.

Cənab Q.Mahmudov indiyə kimi mənim izahatıma cavab verməyib. Və cənab D.İskəndərov mənim müraciətimə cavab vermək istəmir. Ayın 12.07.2013-cü ildə mənə kadrlar şöbəsindən zəng elədilər ki, ərizəni yazıb xadimə keçməliyəm, mən yazdım ki, mən xadimə keçmirəm və mənə bildiriş verdilər. Guya ki, bizim ştatları ixtisar edirlər.

Cənab Prezident! Xahiş edirəm mən tək ana olduğuna görə, üstümdə 72 yaşlı anam (III qrup əlil, lal-kar) və atam 72 yaşlı (təqaüdçü, oğlum və gəlinim, nəvəm var, evdə tək işləyən mənəm. Mənə kömək edəsiniz.

-Bəs qadınlara «Neft daşları» NQÇİ-də seksual təzyiq göstərən kimlərdir?

-Rəis Qoşəli Mahmudovun qoçuluğuna kim son qoyacaq?

(Ardı var)

“Təzadlar”ın Araşdırma Qrupu

Geri qayıt