Əsas Səhifə > Hadisə > YEVLAXDA AĞIR YOL QƏZASI

YEVLAXDA AĞIR YOL QƏZASI


4-01-2012, 11:17
YEVLAXDA AĞIR YOL QƏZASI

ÖLƏN VƏ YARALANANLAR VAR

Yevlaxda 1 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Yevlax şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 23:00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yevlax şəhər sakini, 1974-cü il təvəllüdlü Faiq Xəlilovun idarə etdiyi 99 BD 794 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını qarşı tərəfdən gələn Bərdə rayon sakini, 1954-cü il təvəllüdlü Bayram Qurbanovun idarə etdiyi 90 DA 473 dövlət nömrə nişanlı “Mercedes 180” markalı minik avtomobili ilə toqquşub. Nəticədə Bayram Qurbanov ölüb, 1948-ci il təvəllüdlü həyat yoldaşı Elmira Qurbanova, 1986-cı il təvəllüdlü oğlu Zaur Qurbanov və 2008-ci il təvəllüdlü nəvəsi Vaqif Dadaşov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yevlax ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.


Geri qayıt