Əsas Səhifə > Güney Press, Araşdırma > ABBAS ABBASOV QABAĞA DÜŞDÜ

ABBAS ABBASOV QABAĞA DÜŞDÜ


2-08-2013, 12:08
ABBAS ABBASOV QABAĞA DÜŞDÜ
O, RUSİYADAKI "SƏLİB YÜRÜŞÜ"NƏ REAKSİYA VERDİ

Abbas Abbasov iyulun 27-də Moskvanın Matveyevsk bazarında bir polisin xəsarət alması ilə nəticələnən hadisədən sonra bazarlarda genişmiqyaslı əməliyyatlarla bağlı ilə bəyanat verib.
Bir polisin yaralanması ilə nəticələnən hadisəni faciəli hadisə adlandıran A.Abbasov olayın ictimaiyyətdə geniş rezonans doğurduğunu vurğulayıb. AzərRos Ağsaqqallar Şurasını sədrinin sözlərinə görə, mətbuatın bəzi hallarda bazarlarda aparılan əməliyyatları etnik təmizləmə kimi təqdim edir: “Operativ əməliyyat axtarış tədbirləri təhlükəsizliyin və sabitliyin təmini məqsədilə aparılıb və bəzi hallarda bəzi şəxslər tərəfindən adekvat olmayan redaksiyalara, hüquq-mühafizə orqanları əməkdaşlarına hücumlara səbəb olub. Mən hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı baş verən insident barədə eşitdikdə çox narahat oldum. Bizim hər birimiz başa düşməliyik ki, hüquqi və sivil dövlətdə yaşayırıq.
Aydındır ki, sosial-iqtisadı problemlər MDB ölkələrindən və Rusiyanın cənub regionlarından insanları meqapolislərə gəlməyə məcbur edir. Onlar üçün bəzən yaşamaq və işləmək üçün o qədər də komfortlu olmayan şərait yaradılır. Bütün problemlərə baxmayaraq, bir çoxu uğurla çalışır və yaxınlarına kömək edir. Təəssüf ki, bəzən özlərinin uydurduğu qanunlarla yaşamaq istəyənlər də tapılır ki, bu da narahatlıq yaradır. Nəticədə onların heç bir günahı olmayan həmvətənləri əzab çəkir”.
Çıxış yolunun millətlərarası düşmənçiliyə yol vermədən məsələləri həll etməkdə olduğunu deyən A.Abbasov təmsil etdiyi təşkilatların hər zaman yardıma hazır olduğunu vurğulayıb.

Geri qayıt