Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANDA NEFT BÖHRANI GÖZLƏNİLİR

AZƏRBAYCANDA NEFT BÖHRANI GÖZLƏNİLİR


4-01-2012, 11:14
AZƏRBAYCANDA NEFT BÖHRANI GÖZLƏNİLİR

RÖVNƏQ ABDULLAYEV BU GEDİŞLƏ GÖRƏVİNİ İTİRƏ BİLƏR

DİA.AZ: - Geridə qoyduğumuz 2011-ci ildə neft hasilatı üzrə hökumətin oktyabrda korrektə etdiyi proqnozunu da yerinə yetirmək mümkün olmadı. Bu barədə Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, fikir yürütmək olar.

DSK-ya görə, 2011-ci ilin 11 ayında ölkədə 42 mln 205,8 min ton neft (noyabrda 3 mln 250,3 min ton) hasil edilib. Noyabrda «Azəri» yatağında «Şərqi-Azəri» və «Qərbi-Azəri» platformalarında 20 sutka (müxtəlif vaxtlarda) hasilat olmayıb. Dekabrda ən iri platforma olan «Mərkəzi-Azəri»də hasilat 15 sutka dayandırılıb. Orada sutkada 220 min barrel neft çıxarılırdı.

Bu məlumatlara əsaslansaq, keçən il ən yaxşı halda neft hasilatı inişilin sonunda 2011-ci ilin dövlət büdcəsi müzakirələri zamanı proqnozlaşdırılan 51,5 mln ton əvəzinə 45,2 mln ton təşkil edib. İndiyədək hökumətin proqnozları faktiki hasilatla düz gəlməyib.

2010-cu ilin yekununda Azərbaycanda ilk dəfə orta sutkalıq hasilat 1 mln barrel və ya ildə 50,799 mln ton olub.

Bu il üçün hökumət 46 mln ton neft hasilatı proqnozlaşdırır.

Artıq neft hasilatının pik həddinin geridə qaldığını demək olar. Bu, beynəlxalq şirkətlərin verdiyi proqnozları təsdiqləyir. Azərbaycan hökuməti «qara qızıl»ın hasilatının 2012-ci il də daxil olmaqla artacağını desələr də, xarici şirkətlərin proqnozları 2010-ci ilə qədər idi.

İndiki vəziyyətdə neft hasilatının azalmasının səbəblərinə gəlincə, Azərbaycan mütəxəssisləri arasında da fikirlər müxtəlifdir. Ekspertlər bunu Avropada yaranan böhranın istehsalata təsiri, yataqlarda neftin azalması ilə izah edirlər. Bəzi geoloqlar isə bildirir ki, yataqların istismarı zamanı texniki qaydalara düzgün əməl olunmaması neftin hasilatında bir sıra çətinliklər yaradıb.

Dövlət Neft Şirkətinin mədənlərinin birində işləyən, adının çəkilməsini istəməyən neft-qaz çıxarma üzrə mütəxəssis redaksiyamıza hasilatın azalma səbəbləri ilə bağlı ilginc məlumatlar verdi: «Hasilatın azalması köhnə quyuların istismarından irəli gəlir. Sovet dönəmində hər il ən azı 5-6 təzə quyu istismara verirdilər ki, planın sabit saxlanmasında istifadə edilsin. Bir horizontda qaz qurtaranda neftin çıxarılması çətinləşir. Dayaz olanda kaçalka, nasos hesabına çıxara bilirdilər. Dənizdəki dərin quyularda isə neft qazın hesabına yuxarı qalxır. İndi həmin quyularda qaz yoxdur».

Mütəxəssis digər amillərdən biri kimi quyuların özəlləşdirilməsini göstərir. Belə ki, həmin şirkətlər köhnə kadrları yeniləri ilə əvəzlənməsi, bəzi probelmlər meydana çıxarır. «Ona görə də həmin şirkətlər gələndə 7-8 quyu istismara yararlı idisə, indi 4-5-i qalıb. Quyuların qazıması ilə məşğul olan sifarişçi) sifariş vermək isə çox bahalıdır. Özəl şirkətlərin ya pulları yoxdur, ya da yeni quyuların qazılması üçün sifariş vermək istəmir. Ona görə də hasilat kəskin şəkildə aşağı düşüb» deyə mütəxəssis vurğuladı. Onun sözlərinə görə, mədənlərdə neftin qeyri-qanuni satışı da hasilatın həcminə təsir göstərir: «Nefti yüz yerə satılır ki, biz hələ bir neçəsini təxmini bilirik. Planı doldurmaq üçün bir mədən digərinə satır və sair. əməliyyatlar həyata keçirilir»deyə mənbə vurğulayıb.


Geri qayıt