Əsas Səhifə > Şou-biznes > RAFETİN EZOSU SADƏ AZƏRBAYCANLI QIZ İMİŞ

RAFETİN EZOSU SADƏ AZƏRBAYCANLI QIZ İMİŞ


2-08-2013, 11:25
RAFETİN EZOSU SADƏ AZƏRBAYCANLI QIZ İMİŞ
Rafet El Romanla duet ifa edib məşhurlaşan Ezo ləqəbli qızın kimliyini araşdırılıb.

Məlum olub ki, Ezo da tanınmamışdan əvvəl sadə azərbaycanlı bir qız idi. Səadət adlı bu xanım bacısı ilə Bakı toylarında müğənnilik edirmiş. Rafetin Bakıda verdiyi konsertlərin birində iştirak edən Səadət səsi və oxuma tərzi ilə Türk sənətçisinin diqqətini cəlb edib. Onu bu sənətdə irəli getməyinə kömək edəcəyinə qərar verən Rafet Səadəti özü ilə Türkiyəyə aparır. Orada təhsilini artıran 23 yaşlı azərbaycanlı qız adını dəyişdirərək, Ezo kimi tanınmağa başlayır. Qeyd edək ki, onların birgə ifa etdikləri duet “Kalbinə sürgün” adlanır. Qısa zamanda məşhurlaşan mahnını Rafet Bakıdakı sonuncu konsertində Ezo ilə birgə ifa edib. /Show.az/

Geri qayıt