Əsas Səhifə > Şou-biznes > NAMİQİ "TOY GECƏSİ"NDƏ HAMI GÖRƏCƏK

NAMİQİ "TOY GECƏSİ"NDƏ HAMI GÖRƏCƏK


2-08-2013, 11:23
NAMİQİ "TOY GECƏSİ"NDƏ HAMI GÖRƏCƏK
Meyxanaçı Namiq Qaraçuxurlu seriala çəkiləcək.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda İnstaqram sosial şəbəkəsində yazıb.

O, bir çox seriala dəvət aldığını, onlar arasından yalnız bir ssenarini bəyəndiyini qeyd edib:
“Azərbaycanda çəkilən bir çox serialdan dəvət almışam. Heç kimin zəhmətini aşağılamaq fikrim yoxdur. Sadəcə təklif olunan obrazda özümü görmədiyim üçün imtina etmişəm. Nəhayət, məni tərpədən ssenari və obrazla qarşılaşdım. Oktyabrdan “Toy gecəsi” adlı serialda Murad obrazı ilə qarşınıza çıxacam. Bu serialın uğurlu olacağına çox inanıram. Bu xəbəri ilk olaraq sevənlərimlə burada bölüşmək istədim”.

Geri qayıt