Əsas Səhifə > Ölkə, Manşet > BƏLƏDİYYƏ SƏDRİNƏ QARŞI ƏMƏLİYYAT HAZIRLANIR

BƏLƏDİYYƏ SƏDRİNƏ QARŞI ƏMƏLİYYAT HAZIRLANIR


1-08-2013, 15:04
BƏLƏDİYYƏ SƏDRİNƏ QARŞI ƏMƏLİYYAT HAZIRLANIR
YENİ ANTİKORRUPSİYA DALĞASI

DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən ötürülən informasiyada qeyd olunur ki, Bakının bələdiyyə sədrlərindən birinə qarşı xüsusi əməliyyat hazırlanır. Mənbə iddia edir ki, adı anonim saxlanılan vətəndaşdan külli miqdarda pul istəyən bələdiyyə sədri neçə müddətdir ki, təqibdədir.

Mənbənin söylədikləri: «Vətəndaş həmin bələdiyyə sədrinə torpaq sahəsi müraciət edib. Və bunun qarşılığında vətəndaşdan 20 min manat pul istənilib. Əsas kimi də torpaq sahəsinin bahalıcı göstərilib».

Onu da bildirək ki, hədəfdə olan bələdiyyə sədrinin kimliyinin müəyyənləşməsi istiqamətində apardığımız araşdırmalar davam edir. Daha çox ehtimal olunanı isə Səbail bələdiyyəsinin sədri Rauf Abaslıdır. Bildirək ki, hazırda Səbail bələdiyyəsinin köhnə tarixlə Şıxov çimərliyinə yaxın ərazidə torpaq sahələrini qanunsuz olaraq satışa çıxarılması haqda iddialar var. Və bildirilənə görə, həmin ərazidə torpaq sahəsinin 3 sotu həqiqətən də 15-20 min manat arasıdır.

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt