Əsas Səhifə > Ölkə, Manşet > MASALLININ BAŞÇISI KİMİN HƏDƏFİNƏ ÇEVRİLİB?

MASALLININ BAŞÇISI KİMİN HƏDƏFİNƏ ÇEVRİLİB?


1-08-2013, 12:50
MASALLININ BAŞÇISI KİMİN HƏDƏFİNƏ ÇEVRİLİB?
RAFİL HÜSEYNOV ÇƏTİN DURUMDA

DİA.AZ: - Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident Administrasiyası rəhbərliyinin qəzəbinə tuş gəlib. Bu barədə DİA.AZ-a məlumatı rayondakı mənbələr verib.

Mənbə iddia edir ki, əslində birbaşa olaraq Ramiz Mehdiyevin adamı kimi tanınan və zamanında PA-da Ağcabədi rayonu üzrə kurator vəzifəsini tutmuş Rafil Hüseynovun son dövrlər Hacı Mazanla rəqabəti ona əlavə problemlər yaradıb.

Qaynağın iddia etdikləri: «Məlumdur ki, Şeyxin yaxını olan Hacı Mazan eyni zamanda bir çox mübhəm sahələrdə əsas fiqurlardan biridir. Zamanında Hacı Mazan Əhəd Abıyev kimi fiqurların az qala Masallıya gəlişini belə qadağan etmişdi. Amma Rafil Hüseynov gəldiyi ilk gündən Hacı Mazanla toqquşmağa başlayıb. Vəziyyət o həddə çatıb ki, Hacı Mazan icra başçısının oğlunun namünasib vidosunu əldə edərək başçını şantaj etməklə geri çəkilməyə vadar edib».

Mənbə bildirir ki, bu qalmaqalın sonradan da şiddətli xarakter alması son nəticədə məsələnin PA rəhbərliyi həddinə qədər çatması ilə nəticələnib. Masallıdakı mənbənin söylədikləri: «Bir neçə gündür ki, Rafil Hüseynov təlaş içindədir. Müavinlərindən biri ilə söhbətində Ramiz Mehdiyevin qəzəbinə gəldiyini etiraf edən başçı hətta bildirib ki, bu seçkini uğurla yola verə bilməsə, onu vəzifəsindən alacaqlar».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt