Əsas Səhifə > Partiya > SİYAVUŞ NOVRUZOV İNANMIR Kİ...

SİYAVUŞ NOVRUZOV İNANMIR Kİ...


1-08-2013, 09:49
SİYAVUŞ NOVRUZOV İNANMIR Kİ...
...MİLLİ ŞURA 40 MİN İMZANI TOPLAYA BİLSİN

“Milli Şurada cəmi 100 nəfərdi və bu 100 nəfər də ənənəvi adamlardırlar”.

Bu açıqlamanı Milli.Az-a hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov verib.

“Eyni adamlar indiyə qədər müxtəlif təşkilatlarda - Ziyalılar Birliyində, İctimai Palatada və digər təşkilatlarda təmsil olunublar. Eyni adamlar öz adlarını 5 dəfə dəyişiblər. Bu səbəbdən də xalq onları yaxşı tanıyır və onlara inanmır. Onlar bir “JEK”-ə rəhbərlik edə bilməyən insanlardır”, - S.Novruzov əlavə edib.

Milli Şuraya toplaşan insanların heç birinin xalq tərəfindən seçilən qurumlarda təmsil olunmadığını xatırladan millət vəkili əlavə edib ki, onlara xalq dəstək vermir.

“Onların heç biri heç bələdiyyə üzvü də deyil. Yəni onların heç birinə xalq etimad göstərməyib. Xalq tərəfindən boykot olunmuş insanlardır. Onlar gah Avropaya, gah Amerikaya, gah da başqa yerə müraciət edirlər. Bir dəfə də olsun xalqa müraciət etmirlər. Çünki buna üzləri yoxdur”, - o vurğulayıb.

Millət vəkili onu da əlavə edib ki, Milli Şura vahid namizəd irəli sürsə belə, namizədin qeydə alınması üçün 60 dairədən 40 min imzanı heç vaxt toplaya bilməyəcək.

Geri qayıt