Əsas Səhifə > Gündəm, Manşet > ARDNŞ ŞEFİNƏ QARŞI «QUSKA» TƏLƏSİ İŞƏ DÜŞÜB

ARDNŞ ŞEFİNƏ QARŞI «QUSKA» TƏLƏSİ İŞƏ DÜŞÜB


1-08-2013, 09:32
ARDNŞ ŞEFİNƏ QARŞI «QUSKA» TƏLƏSİ İŞƏ DÜŞÜB
RÖVNƏQ ABDULLAYEV MÜXALİFƏTİN SPONSORU KİMİ DƏ TƏQDİM OLUNUR

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri iqtidariçi qruplaşmaları üz-üzə qoymaqdadır. Bu əsnada daha çox diqqətçəkəni Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin durumudur.

DİA.AZ-a daxil olan informasiyalara görə, Rövnəq Abdullayevə qarşı iqtidar daxilində böyük bir kampaniya başlayıb. Hətta vəziyyət o həddə çatıb ki, ARDNŞ şefi keçiş patronu - hazırda interpol tərəfindən axtarışa verilən keçmiş deputat Hüseyn Abdullayevlə əlaqələrini qoruyub saxlamaqda da ittiham olunur.

Xatırladaq ki, bu günlərdə Rövnəq Abdullayevə Almaniyada müalicə aldığını söyləyən Hüseyn Abdullayev tərəfindən hakimiyyətlə münasibətinin qaydasına salınması üçün müraciətin edilməsi barədə xəbər yayılmışdı. Bilgili qaynaqların sözlərinə görə, məhz bu informasiyanın qulpundan yapışan rəqibləri Rövnəq Abdullayevi bitirmə üçün fürsət əldə etdiklərini düşünərək hətta Rövnəq Abdullayevi müxalifətçi qrupların sponsoru kimi də təqdim ediblər.

Gələn məlumatlarda deyilir: «Doğrudur, hələlik bu yöndə ARDNŞ şefinə qarşı hər hansı sübut-dəlil təqdim olunmasa da, onun hədəfdə olması faktdır və bu məsələ ilə bağlı Rövnəq Abdullayev hesabat vermək zorunda qalıb».

Onu da bildirək ki, Rövnəq Abdullayev bir neçə iqtidardaxili güc mərkəzinin hədəfindədir.

Geri qayıt