Əsas Səhifə > Ölkə > ZİYA MƏMMƏDOVUN OĞLU YENİ VƏZİFƏYƏ KEÇDİ

ZİYA MƏMMƏDOVUN OĞLU YENİ VƏZİFƏYƏ KEÇDİ


29-12-2011, 14:15
ZİYA MƏMMƏDOVUN OĞLU YENİ VƏZİFƏYƏ KEÇDİ

O, QOLF FEDERASİYASININ PREZİDENTİ OLDU

Azərbaycanda Qolf federasiyasına prezident təyin olundu. Bu barədə Qaynar.info-ya saytına Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qolf idman növü 2016-cı ildə Rio de Janeyro şəhərində keçiriləcək olimpiya oyunların siyahısına salınıb.

Bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işlərinə başlanılıb. Bununla əlaqədar olaraq bu gün baş tutan “Zqan Holdinq” şirkətinin prezidenti, Anar Məmmədov ölkəmizdə Qolf federasiyasına prezident təyin olunub.

Qeyd edək ki, Anar Məmmədov qolf idman növünə çox böyük həvəs göstərir.

Anar Məmmədov Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğludur.


Geri qayıt