Əsas Səhifə > Cəmiyyət > BƏXTİYAR HACIYEVİN ŞİKAYƏTİ TƏMİN OLUNMADI

BƏXTİYAR HACIYEVİN ŞİKAYƏTİ TƏMİN OLUNMADI


29-12-2011, 14:10
BƏXTİYAR HACIYEVİN ŞİKAYƏTİ TƏMİN OLUNMADI

ONA AZADLIĞI ÇOX GÖRÜRLƏR

Bu gün həbsdə olan sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması barədə Qaradağ rayon Məhkəməsinə ünvanladığı ərizəyə baxılıb. Vəkil İntiqam Əliyevin verdiyi xəbərə görə, onun ərizəsinə B. Hacıyevin saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsində hakim Rəşad Mustafayevin sədrliyi ilə baxılıb. Şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncə şəhərində həbs edilib. Mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə irəli sürülmüş ittiham üzrə B. Hacıyev haqqında 2 illik həbs qərarı çıxarıb. Gəncə Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətini təmin etməyib.


Geri qayıt