Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISININ BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR

İCRA BAŞÇISININ BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR


30-07-2013, 12:37
İCRA BAŞÇISININ BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR
TAHİR KƏRİMOVUN ADI YENİDƏN «AZER-ROSS»UN SAHİBİNİN QƏTLİ İŞİNDƏ

DİA.AZ: - Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov son günlərin hədəfi kimi diqqətə gələn İbrahimov qardaşlarının güdazına gedə bilər. Bu barədə DİA.AZ-a şok məlumatlar daxil olub.

Məlumatlı mənbə iddia edir ki, adı «Azer-Rosss» MTK-nın mərhum başçısı Əflatun Piriyevin qətli işində hallandırılan Tahir Kərimovla bağlı müəyyən araşdırmalara başlanılıb. Xatırladaq ki, bu iş üzrə məhkəmə istintaqı artıq başa çatıb və məhkəmənin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Hümbət Məmmədov və Vüsal Qurbanova ömürlük cəza, Tofiq Bəkirova 15 il, Fərman Hacıyev 14 il 6, Sahil Şamilov və Şamil Şamilov qardaşlarının hər birinə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.

DİA.AZ-ın əldə etdiyi bilgilərə görə, «Avesta» konserninin sahibi Hacı İbrahim Nehrəmlinin də adı keçən bu cinayət işində Tahir Kərimovun maraqlı tərəf kimi mətbuatda təqdim olunması təsadüfi deyil. İnformasiyalara görə, Salyanın icra başçısı mərhuma külli miqdarda borclu imiş və ona görə də qətlin ibtidai istintaqı zamanı bu məqam araşdırılsa da, sonradan məhz İbrahimov qardaşlarının nüfuzu səbəbindən həm onların və həm də Tahir Kərimovun adı işdən çıxarılıb.

Mənbə iddia edir ki, indi isə ömürlük həbs cəzası almış Hümbət Məmmədov və Vüsal Qurbanov artıq danışmağa başlayıblar və onlar Tahir Kərimovun da adını keçən iddialarını bu günlərdə mətbuata elan edəcəklər.

Hər halda, bu olayın cəmiyyətdə böyük səs-küy yaradacağı və ən azından Salyanın icra başçısı postunda dəyişikliyə nədən olacağı heç şübhəsizdir. Bunu da mənbəmiz söyləyir.

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Geri qayıt