Əsas Səhifə > Güney Press, Araşdırma > MƏMUR ƏSGƏR ATASINI KABİNETİNDƏN QOVDU

MƏMUR ƏSGƏR ATASINI KABİNETİNDƏN QOVDU


30-07-2013, 12:13
MƏMUR ƏSGƏR ATASINI KABİNETİNDƏN QOVDU
ARZU RƏHİMOVUN ADAMLARI BELƏ İŞLƏYİR

Ölkə başçısının hərbi çağırış üzrə imzaladığı sərəncamla əlaqədar olaraq həqiqi hərbi xidmətə çağırılmış bir qrup Şəmkir sakini Avropa.info-ya müraciət edib. Şəmkir rayonun Yuxarı Seyfəli kənd sakini Qarabağ veteranı Tahir Rzayev bildirir ki, 29.07.2013-cü il tarixdə çağırışla bağlı Şəmkir rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə şöbənin rəisi Həsrət müəllimin qəbulunda olduq.Bacım oğlu Rzayev Mobil İlham oğlu hərbi xidmət keçmək üçün Naxçıvanda yerləşən “N” saylı hərbi hissəyə getməlidir.Şəmkir rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə şöbə rəisi bildirir ki, özünüz şəxsi vəsaitinizlə əsgəri hərbi hissəyə aparıb təhvil verməlisiniz.Digər hərbi çağrışçılardan Abbasov Zəlimxan Rəşid oğlu və Dəmirzadə Dəmir Haviz oğlunun valideyinləridə eyni problemlə qarşılandığını bildiriblər.Buna etiraz edən valideyinlər şöbə rəisinin qəbuluna təkra girib ondan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimova şikayət edəcəklərini bildirəndə Qarabağ veteranı Tahir Rzayevi ailəsi ilə birlikdə təhqir edilərək otaqdan qovulub. Şəmkir sakinləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə şöbə rəisinin özbaşınalığına son qoyulmasını general-leytinant Arzu Rəhimovdan tələb edirlər.Əsgər anaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəhbərliyindən əsgərləri hərbi hissəyə valideyinlərin aparıb təhvil verilməsinədə aydınlıq gətirilməsini xahiş edirlər.
Geri qayıt