Əsas Səhifə > Hadisə > NƏNƏ ÖLDÜ, NƏVƏSİ AĞIR DURUMDADIR

NƏNƏ ÖLDÜ, NƏVƏSİ AĞIR DURUMDADIR


30-07-2013, 10:55
NƏNƏ ÖLDÜ, NƏVƏSİ AĞIR DURUMDADIR
BAKIDA DƏHŞƏTLİ YOL QƏZASI

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bilgəh qəsəbəsindən Maştağaya gedən yolda Ağasəlim Balamov idarə etdiyi 100 BB 790 nömrə nişanlı, “VAZ 2101” markalı avtomobillə yolu keçən 83 yaşlı Tamara Mirzəyevanı və onun azyaşlı nəvəsi Ayseli vurub. T.Mirzəyeva aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Azyaşlı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

Geri qayıt