Əsas Səhifə > Partiya > SABİR RÜSTƏMXANLI İCTİMAİ PALATADAN DƏVƏT GÖZLƏYİR

SABİR RÜSTƏMXANLI İCTİMAİ PALATADAN DƏVƏT GÖZLƏYİR


29-12-2011, 12:16
SABİR RÜSTƏMXANLI İCTİMAİ PALATADAN DƏVƏT GÖZLƏYİR

“DƏVƏT ETSƏLƏR, MÜƏYYƏN QƏRARA GƏLMƏK OLAR”

Milli Məclisin deputatı Sabir Rüstəmxanlının müxalifətin təmsil olunduğu İctimai Palataya qatılacağı barədə siyasi kluarlarda xəbər var. Ancaq Modern.az saytına açıqlamasında deputat bu məsələdən xəbəri olmadığını deyib:

“Bu qurumun fəaliyətindən də o qədər məlumatlı deyiləm. Onu bilirəm ki, bizim bir neçə deputat sərbəst şəklidə həmin qurumun iclaslarına qatılmışdı.
Mən belə qurumların davamlı fəaliyyətini istəmirəm. Belə qurumlar bu gün yaradılır, sabah dağılır, yaxud da hansısa partiyanın nəzarətinə keçir”.

“Dəvət edilsəniz İctimai Palatanın yığıncaqlarında iştirak edərsinizmi” sualına millət vəkli “Azərbaycanda real, milli müxalifət formalaşdırmaq niyyəti olsa, mən ora qatıla bilərəm. Amma bunu hələ görmürəm. Dəvət etsələr, bir müddət müşahidəçi kimi baxaram, görüm nə işlər görürlər, fəaliyyəti necədir. Ondan sonra müəyyən bir qərara gəlmək olar” deyə cavab verib.


Geri qayıt