Əsas Səhifə > Siyasət, Manşet > ELŞAD ABDULLAYEV ÜMUMİQTİDAR PROBLEMİ ROLUNDA

ELŞAD ABDULLAYEV ÜMUMİQTİDAR PROBLEMİ ROLUNDA


29-07-2013, 11:55
ELŞAD ABDULLAYEV ÜMUMİQTİDAR PROBLEMİ ROLUNDA
KEÇMİŞ REKTORLA BAĞLI HANSI ADDIM ATILACAQ: MÜZAKİRƏLƏR GEDİR

DİA.AZ: - «Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin həbsi məsələsi hazırda hakimiyyət daxilində əsas müzakirə predmetindən biridir». Bu şok məlumatı DİA.AZ-a hökumətdəki mənbələr ötürüb.

Xəbəri verən qaynaq iddia edir ki, bir il əvvəl videobombardmana başlayaraq, bir sıra məmurların qorxulu röyasına çevrilən, son zamanlar isə daha çox şantajla məşğul olan və «siyasi predmet» əhəmiyyətini itirən Elşad Abdullayev hətta bu gün onu himayə edən qüvvələr üçün belə sərfəli deyil. Mənbənin söylədikləri: «Ona görə də Elşad Abdullayev yalnız köhnə əhəmiyyətini qoruya bilməsi üçün heç bir təsir gücü olmayan gizli çəkilişləri yaymaqla məşğuldur. Prezident seçkiləri ərəfəsində isə iqtidara belə bir «kənar müdaxilə» heç də sərf etmir».

Mənbəmiz xatırladır ki, ikl əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin üzərində köklənən Elşad Abdullayevin sonradan cinah dəyişdirməsi, hətta MTN-nin, DİN-in rəhbərlərini, həmçinin bir sıra nüfuzlu tanınmışları belə hədəfə alması son nəticədə onun meydanda tək qalmasına gətirib çıxardı: «Bu gün onu himayə edənlər də yaxşı bilir ki, Elşad Abdullayevlə istənilən təmasları yüzə yüz qeydə alınıb. Ona görə də həmin dairələr keçmiş rektorun həbsində də maraqlı deyillər. Amma ondan da bir türlü qurtara bilmirlər».

Mənbəmizə görə, Elşad Abdullayevin himayədarları dəfələrlə Elşad Abdullayevə prosesi dayandırıb, tamam başqa bir ünvana köç etməsini də təklif ediblər: «Ona hətta bildiriblər ki, Fransa onun üçün təminatlı yer deyil və hər zaman həbs oluna bilər. Amma Elşad Abdullayev bununla razılaşmayıb. Hətta himayədarları ilə də şantaj dilində danışıb. Ona görə də bu gün Elşad Abdullayevin həbsi müzakirələrinin aparılması daha çox zamanında ondan istifadəyə qalxan qüvvələrdə narahatçılıq yaradıb.

Necə ki, Hacı Məmmədovun həbsi iqtidarı içindən silkələdi, eləcə də Elşad Abdullayevin həbsi bir çoxlarının həm vəzifədhən alınmasına nədən olacaq və həm də həbsini tezləşdirə bilər».

Hələlik ABU-nun keçmiş rektoru ilə bağlı qəti qərarın verilmədiyini bildirən mənbə iqtidar daxilindəki ümumi qənaəti də DİA.AZ-a çatdırdı: «İstənilən halda qərar veriləcək. Çünki Elşad Abdullayev hər zaman hakimiyyət üçün təhdiddir, burada artıq hansısa qruplaşmanın «vurulmasından» söhbət getmir. Elşad Abdullayev artıq ümumiqtidar probleminə çevrildiyindən onun videoları da əhəmiyyətsizləşir, yəni əvvəlki kimi reaksiya verilib, hansısa addımları atmırlar, həm də onunla bağlı tədbirin görülməsi vacib şərtə çevrilir».

Geri qayıt