Əsas Səhifə > Siyasət, Manşet > SEÇKİLƏRDƏN SONRA KİMLƏR VƏZİFƏDƏ QALIR?

SEÇKİLƏRDƏN SONRA KİMLƏR VƏZİFƏDƏ QALIR?


29-07-2013, 11:00
SEÇKİLƏRDƏN SONRA KİMLƏR VƏZİFƏDƏ QALIR?
GÖRƏV BAŞINDA OLAN 5 NAZİRİN İSTEFAYA GÖNDƏRİLMƏSİ GÖZLƏNİLİR

DİA.AZ: - Hakimiyyət daxilində seçkidən sonrakı dönəmlə bağlı fikir ayrılıqları mövcuddur. Bu ilginc məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə ötürüb. Xəbəri verən qaynaq iddia edir ki, bir sıra iqtidariçi qruplaşmalar prezident seçkilərindən sonra öz maraqlarının qorunmaları naminə bəri başdan tədbir görməkdədirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl hakimiyyətin vahid mərkəzdən idarəçiliyinin təmini məqsədilə hətta rayonlar üzərindəki qeyri-rəsmi kuratorluq sisteminin belə ləğv ediləcəyi haqda məlumat vermişdik.

Bilgili qaynağın redaksiyamıza söylədiklərindən belə aydın olur ki, prezident seçkilərinjdən sonra hakimiyyətin yenilənməsi gözlənilir. Mənbənin söylədikləri: «Bu gün hətta bir çoxlarına «toxunulmaz» kimi gələn məmurların belə görəvdən alınması nəzərdə tutulub».

Mənbəyə görə, Nazirlər Kabinetinin tərkibində şok dəyişiklik olacaq: «Prezidentin konkret olaraq 5 naziri yeni hökumətin tərkibində təsdiqləməyəcəyi haqda məlumatlar dolaşır. İqtidar dəhlizlərində gəzən söhbətlərə görə, baş nazir Artur Rəsizadə də təsdiqlənməyənlər sırasındadır».

Onu da bildirək ki, yeni prezident komandasının tərkibi ilə bağlı redaksiyamıza müxtəlif istiqamətlərdən informasiyalar daxil olub. Bu səbəbdən daha geniş materialı yaxın saatlarda diqqətinizə təqdim edəcəyik. Bu arada məlumatı verən mənbə isə bildirir ki, hədəfdə güc nazirliklərindən biri də var ki, onun da yenidən vəzifəsinə təsdiqlənməsi planlaşdırılmır.

Bizi izləyin…

Geri qayıt