Əsas Səhifə > Dünya > FRANSA GERİ ÇƏKİLİR?

FRANSA GERİ ÇƏKİLİR?


29-12-2011, 12:02
FRANSA GERİ ÇƏKİLİR?

QONDARMA SOYQIRIM MƏSƏLƏSİ SENATIN GÜNDƏLİYİNDƏ YOXDUR

Qondarma “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənmək üçün Senatın gündəliyinə daxil edilməyib.

Bu barədə “Le Figaro” qəzetinə Xalq Hərəkatı Uğrunda İttifaqından senator Roje Karuçi deyib: “Məndə olan proqrama əsasən deyə bilərəm ki, adı çəkilən qanun layihəsi fevralın əvvəllərinə kimi Senatın gündəliyinə daxil edilməyib. Əgər qanun layihəsi yanvarın sonuna kimi Senatın gündəliyinə daxil edilməsə, qəbul olunmamış sayılacaq. Çünki parlament prezident seçkiləri ilə əlaqədar öz fəaliyyətini fevralın sonu, martın əvvəllərində dayandıracaq”.

Karuçi bildirib ki, Senat Nümayəndələri Konfransının yanvarın 10-da keçiriləcək iclasında qanun layihəsi yenidən gündəliyə daxil edilə bilər.


Geri qayıt