Əsas Səhifə > Dünya > KİŞİNYOVDAN ERMƏNİ SEVGİSİ

KİŞİNYOVDAN ERMƏNİ SEVGİSİ


29-12-2011, 12:00
KİŞİNYOVDAN ERMƏNİ SEVGİSİ

YENƏ DƏ DÜŞMƏNLƏRİMİZƏ SİLAH SATILIB

Kişinyovda Ermənistana silah satışı ilə əlaqədar yeni qalmaqal baş verib.

APA-nın “Nezavisimaya qazeta”ya istinadən yaydığı məlumata görə, srağagün Ali Təhlükəsizlik Şurasının katibi Yuri Rikiçinski prezident səlahiyyətlərini icra edən Marian Luöuya ünvanlanmış məktuba aydınlıq gətirmək üçün parlamentə dəvət olunub. Rikiçinskidən Milli Ordunun arsenalında olan silahların satışına dair müqavilənin yerinə yetirilməsinə yardım göstərmək xahiş olunub. Söhbət Moldovanın Ermənistana satmaq istədiyi 20 ton raket qurğusu və bu qurğular üçün sursatdan gedir.

“Nezavisimaya qazeta” 40 ton silah-sursatın artıq sentyabrda alıcıya çatdırıldığını, bu hadisənin təkcə Kişinyovda deyil, Latviya və Azərbaycanda qalmaqala səbəb olduğunu yazır. Kişinyovda bu satışın yuxarıların göstərişi ilə həyata keçirildiyini açıq şəkildə etiraf etdiyinə görə Milli Ordunun komandanı, Baş Qərargah rəisi, briqada generalı Yuri Dominik vəzifəsindən azad edilib. Ölkə rəhbərliyi isə bu alqı-satqıdan xəbərsiz olduğunu bildirib.

Müdafiə Nazirliyi əvvəlcə Ermənistana köhnəlmiş, istifadəyə yararsız silah növləri satıldığını bəyan edib. Lakin sonradan məlum olub ki, Merkuleştı hərbi aerodromundan nəqliyyat təyyarələrinə döyüşə yaralı silah-sursat yüklənir. Ermənistana satılan silahlar sırasında “Kobra” 9В862, 9В863 nəzarət-yoxlama raket kompleksləri, “Konkurs-M” tank əleyhinə raket kompleksləri, “Faqot”, “Konkurs”, “Şturm-S”, “Metis” raketləri var. Satılan silahların bazar qiyməti 5 milyon dollardan çoxdur. Müdafiə naziri Vitali Marinutsa parlamentdə çıxışı zamanı bu silahların 3,3 milyon dollara satıldığını deyib.

Müqavilənin icrası dayandırılıb, fevralın 27-də kommunist fraksiyasından deputat Aleksandr Petkov Ali Təhlükəsizlik Şurasının katibindən izahat tələb edib. Yuri Rikiçinski izahat verməkdən imtina edib, buna cavab olaraq deputatlar Rikiçinskini bu vəzifəyə təyin olunmazdan əvvəl prezidentin şəxsi mühafizəsinin rəisi olduğunu xatırladaraq onu dövlət başçısının göstərişi ilə hərəkət etməkdə ittiham ediblər.

Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin eksperti Viorel Çibotaru bildirib ki, qalmaqalın yaranmasına səbəb Ermənistana silah satışının parlamentdən gizli keçirilməsi və Kişinyovun bununla bağlı Bakı ilə ilkin danışıqlar aparmamasıdır: “Bundan başqa silahın hansı marşrutla çatdırılacağı barədə əfsanə uydurulmayıb və nəticədə Latviya ilə anlaşılmazlıq yaranıb. Qalan məsələlər isə beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib. Moldova silah satmaq, o cümlədən siyahda qeyd olunan silahları satmaq hüququna malikdir”.


Geri qayıt