Əsas Səhifə > Ölkə, Manşet > İCRA BAŞÇISI MÜAVİNİNDƏN ŞİKAYƏTÇİ DÜŞDÜ

İCRA BAŞÇISI MÜAVİNİNDƏN ŞİKAYƏTÇİ DÜŞDÜ


26-07-2013, 13:15
İCRA BAŞÇISI MÜAVİNİNDƏN ŞİKAYƏTÇİ DÜŞDÜ
AĞSTAFADA SARAYDAXİLİ ÇƏKİŞMƏ

DİA.AZ: - Acstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə onun müavini Ramiz Tatarovun münasibətlərindəki gərginlik davamlı olaraq mətbuat səhifələrində öz əksini tapıb. Doğrudur, bütün bu faktlara icra hakimiyyəti biganə qalmayıb. Reaksiyalar verilib. Amma nə halda… Aydın olur ki, yalnız hədələrlə olaya reaksiya verən adı çəkilənlər mətbuatdan uzaq durmaları ilə də baş verənlərin hansı dərəcədə fakt olduğunu sübutlayırlar.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, bu günlərdə icra başçısı birinci müavini ilə bağlı «yuxarılara» şikayət ünvanlayıb.

Mənbənin söylədikləri: «Həmin şikayətində Məhərrəm Quliyev net şəkildə bildirib ki, Ağstafanın inkişafı Ramiz Tatarov tərəfindən əngəllənir. Rayon sakinləri ondan narazı olduğundan, ağstafalıların seçkilərdəki səslərinin belə hakimiyyətin əleyhinə çevrilməsi yüksəkdir».

Mənbə iddia edir ki, belə bir müraciətində başçı hətta Ramiz Tatarovla işləmək istəmdiyini, əgər onun çıxarılması mümkün deyilsə, işinin başqa bir rayona dəyişdirilməsini də təklif edib.

Hər halda, bu müraciətin Ağstafadakı durumun gərginliyini əks etdirməsi faktdır. Mətbuatda yazılanlar da təsdiqləyir ki, bir-biriləri ilə ədavətdə olan başçı ilə müavin hətta yumruqlaşmağa da macal tapıblar.

İndi isə Bakının verəcəyi reaksiya gözlənilir.

Hadisə diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt