Əsas Səhifə > Cəmiyyət > QUBAD İBADOĞLUNA QARŞI İTTİHAMLAR
QUBAD İBADOĞLUNA QARŞI İTTİHAMLAR28-12-2011, 16:36 |
HAKİMİYYƏTİN ƏLİNƏ OYNAYAN ADİLOVUN SÖZLƏRİ TƏƏSÜFLƏNDİRİCİDİR “Azərbaycan Hüquqşünasları Konfederasiyası Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun ilk üzvlərindən, Forumun Azərbaycan Milli Platformasının quruculuğunda iştirak edən ilk QHT-lərdən biri olub. Amma təəssüf ki, Milli Platformada baş verən son seçkilər, çirkin siyasi məqsədlərlə üzvlərin seçilməsi, və sair problemlər baş verdiyini görürük. Konfederasiya Azərbaycan Milli Platformasından çıxdığını bildirir. Konfederasiya Azərbaycan Milli Platformasında baş alıb-gedən antidemokratik ab-hava, qohum-qardaşbazlıq, yerlibazlıq, Platforamnı idarə edən şəxslərin qrant maxinasiyaları, beynəlxalq təşkilatlardan alınan yüz minlərlə vəsaitin layihə adı altında imitasiyadan keçirilərək radikal siyasi qüvvələrə ötürülmə siyasətinə etiraz əlaməti olaraq Azərbaycan Milli Platformasının fəaliyyətinə, koordinatorlarına etimadsızlıq elan edir və platformadan çıxdığını bəyan edir”. Bunu APA-ya açıqlamasında AHK-nın baş katibi Nadir Adilov deyib. O, Milli Platformada keçirilən seçkiləri dırnaqarası adlandıraraq, siyasi partiyaların rəhbər heyətində təmsil olunan şəxslərin fəaliyyətini platformada legitim hesab etmədiyini vurğulayıb: “Siyasi korrupsiyaya uğramış şəxslər vətəndaş cəmiyyəti institutlarını idarə edə bilməz”. N. Adilov AHK-nın öz fəaliyyətini birbaşa Avropa təsisatları və Vətəndaş Cəmiyyəti Forumu ilə quracağını da deyib: “Biz öz fəaliyyətimizi digər müstəqil və siyasətdən kənar, əsl Vətəndaş Cəmiyyəti olan QHT-lərlə birgə Azərbaycan-Avrointeqrasiya üzrə Milli və Beynəlxalq Şəbəkədə öz Avrointeqrasiya fəaliyyətimizi koordinə edəcəyik”. Forumun Milli Platformasının Azərbaycan üzrə əlaqələndiricisi Qubad İbadoğlu isə APA-ya açıqlamasında N. Adilovun səsləndirdiyi ittihamları təəssüflə qarşıladığını, qəbul etmədiyini söyləyib: “Platformada 38 təşkilat var idi. Yalnız bir təşkilat platformanı tərk edib. Yəni, platformada hər şey qaydasındadır, başqa bir narazılıq yoxdur. Əslində, hər bir təşkilatın platformada iştirakını məqsədəuyğun hesab edirik. Platformanın bütün üzvləri sonuncu səsvermədə iştirak ediblər və gizli səsvermə yolu ilə İdarə Heyətini formalaşdırıblar. İdarə Heyətinə Zöhrab İsmayıl, Anar Məmmədli, Elçin Sultanov və İlqar Həsənli seçiliblər. Bu şəxslərin hər biri bütövlükdə platforma üzvlərinin iradəsini ifadə edirlər. Hesab edirəm ki, deyilənlər əsassızdır. Təbii ki, istənilən təşkilatın platformanı tərk etməsi təəssüf doğurur. Amma deyim ki, bizi ittiham edən təşkilat nə səsvermədə, nə də ümumi yığıncaqda iştirak edib. Eləcə kənardan durub daş atmaqla məşğul olublar. Təbii ki, biz belə yanaşmanı qəbul etmirik. Platformadan kənarda fəaliyyət mümkün deyil, çünki Platforma Brüsseldə qeydiyyatdan keçib”. Q. İbadoğlu maliyyə maxinasiyası barədə ittihamları da qəbul etməyib. Onun sözlərinə görə, ümumiyyətlə Platformanın bir manatlıq da olsun büdcəsi yoxdur. Geri qayıt |