Əsas Səhifə > Sosial, Manşet > «NAXÇIVAN KLANI» TOPARLANMA QƏRARI VERDİ

«NAXÇIVAN KLANI» TOPARLANMA QƏRARI VERDİ


26-07-2013, 12:35
«NAXÇIVAN KLANI» TOPARLANMA QƏRARI VERDİ
«BU SEÇKİ İLİ ONLAR ÜÇÜN SON DÖNƏM OLA BİLƏR» TƏHLÜKƏSİ ÖNLƏNİLİR

DİA.AZ: - Redaksiyamıza hökumət içindəki gedən oyunlarla bağlı ilginc məlumat ötürülüb. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, iqtidar daxilindəki «Naxçıvan klanı» bu seçki ilində də mövqelərini qoruya bilməsi üçün çox ciddi planlamaların icrasına start veriblər.

Mənbənin söylədikləri: «Məlumdur ki, bu şəbəkəyə aid çox nüfuzlu məmurlar var. Və zaman-zaman onlar itki versələr də, mühüm postlarda mövqelərini qoruya biliblər. Amma son zamanlar kifayət qədər ciddi zərbə aldıqlarından bu seçki ilinin onlar üçün son dönəm olmaması üçün konkret plan işləyiblər».

Mənbə iddia edir ki, konkret planın nədən ibarət olması məlum olmasa da, klana aid bir sıra məmurların bu günlərdə Bakı kənarındakı bağ evlərinin birində cəmləşməsi xəbərini də qaynaq DİA.AZ-a ötürüb: «Bu şəbəkə Elşad Abdullayevin məlum videobombardmanında da hədəf oldu. Nəticəsi bəllidir. Prosesin seçkilərdə də müşaiyət olunmaması üçün toplaşan klan üzvləri güclərini birləşdirmə qərarını veriblər».

DİA.AZ bildirir ki, klana aid fiqurlarla bağlı çox ciddi faktlar əldə olunub. Yaxın vaxtlarda onları da oxucularımızın nəzərinə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt