Əsas Səhifə > Partiya > ELDAR NAMAZOV DA HƏDƏLƏDİ...

ELDAR NAMAZOV DA HƏDƏLƏDİ...


26-07-2013, 11:49
ELDAR NAMAZOV DA HƏDƏLƏDİ...
"İNSAN AXINININ QARŞISINI ALMAQ OLMAYACAQ"

Məlum olduğu kimi, iyulun 31-də Milli Şuranın sədri, müxalifətin prezidentiyə vahid namizədi Rüstəm İbrahimbəyov Bakıya qayıdacaq.

Mətbuatda yayılan informasiyalara görə, Rüstəm İbrahimbəyovun hava limanında qarşılanma mərasimində aeroportda qarşıdurma, gərginlik və qeyri-qanuni hərəkətlərin olmaması üçün təhlükəsizlik məqsədilə müvafiq əlavə tədbirlər görüləcək. AZAL rəhbərliyi hansısa aksiya təşkilinə imkan verməyəcək.

“Qafqazinfo” müxalifətin prezident seçkilərində vahid namizədinin hava limanında Milli Şura tərəfindən necə qarşılanacağı ilə bağlı məlumat əldə etmək üçün Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovdan münasibət öyrənib.

Eldar Namazov bildirib ki, Rüstəm Ibrahimbəyov iyulun 31-də Bakıya gələcək: “ Hava limanında onu yaxın dostları, jurnalistlər, həmkarları qarşılayacaqlar. Belə qarşılamalar həmişə olub. Ancaq Rüstəm İbrahimbəyovun qarşılanması zamanı hansısa kütləvi axının olması hava limanın işçilərindən və rəhbərliyindən asılıdır. Rüstəm Ibrahimbəyova, onunla gələn insanlara, onu qarşılamağa gələn şəxslərə qarşı hansısa qanunazidd, əxlaqazidd hərəkətlər olmazsa, hansısa insan axınına da ehtiyac olmayacaq. Əgər hava limanında Rüstəm bəyə qarşı hansısa qanunsuz hərəkət baş verərsə, insan axınının qarşısını almaq mümkün olmayacaq".

Geri qayıt