Əsas Səhifə > Dünya > YUNANLAR KRİZİSDƏN BELƏ ÇIXIRLAR

YUNANLAR KRİZİSDƏN BELƏ ÇIXIRLAR


26-07-2013, 11:47
YUNANLAR KRİZİSDƏN BELƏ ÇIXIRLAR
Yunanıstan sahillərində özəl kimsəsiz ada bu ilin sentyabrında 10 milyon avro dəyər ilə hərraca çıxarılacaq.
Egey dənizində yerləşən 10,4 hektar əraziyə sahib Spalatronisi adası Yunanıstanın şimal hissəsində yerləşir.
Bu adanı əldə etmək məsələsində yunanlarla yanaşı, əcnəbilərdə maraqlıdırlar. Avqustun 20-nə kimi “İndi almaq” xidmətindən istifadə etmək mümkün olacaq.
Bu hərracı Salonikdə yerləşən Myró Antiques House adlı daşınmaz əmlak agentliyi təşkil edir.
Bu ada mart ayında satılan başqa bir adadan daha baha qiymətə satıla bilər. Belə ki, mart ayında Qətər əmiri 8,5 milyon avro ödəyərək İon dənizində 6 özəl adaya sahib olmuşdu.
Son zamanlar bir çox yunan ərazi sahibləri sahib olduqları adaları daşınmaz əmlak üçün vergilərin artırılması səbəbindən satışa çıxarırlar. Hökumətin vergiləri qaldırmaqda məqsədi uzun müddət davam edən böhrandan çıxmaq üçün büdcənin gəlirlərini artırmaqdır.

Geri qayıt